Tez-tez verilən suallar
Əsərin qeydiyyatı üçün ödənilən dövlət rüsumu hansı bankda ödənilir və hansı hesaba köçürülür?
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.62-1.1-ci maddəsinə əsasən əsərin dövlət qeydiyyatına alınması üçün “Kapital Bank”ın yerli filiallarından birində fiziki şəxslər üçün 5 AZN, hüquqi şəxslər üçün 20 AZN dövlət rüsumu ödənilməlidir. Ödənilən dövlət rüsumu Dövlət Xəzinədarlı... »
Hansı hallarda elektron qeydiyyatdan imtina olunur?
Əsərin qeydiyyatı üçün göndərilən sənədlərdə çatışmazlıqlar (ərizə formasının düzgün doldurulmaması, əsərin elektron variantının göndərilməməsi, yaxud sənədlərin düzgün tərtib edilməməsi) aşkar edilərsə 5 iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə müəllifin elektron poçtuna bildi... »
“Elektron xidmət”dən istifadə ödənişlidirmi?
Elektron xidmətə daxil olaraq tanış olmaq üçün ödəniş tələb olunmur, lakin əsərin elektron qeydiyyatı ödənişlidir. »
Əsərin qeydiyyatı haqqında Şəhadətnamənin skan edilmiş surəti elektron poçt vasitəsilə müəllifin elektron poçt ünvanına, əsli isə adi poçtla müəllifə (hüquq sahibinə) göndərilir. »
Əsərlərin və əlaqəli hüquqlar obyektlərinin elektron qeydiyyatının üstünlükləri hansılardır?
Müəllif (hüquq sahibi) Agentliyin “Elektron qeydiyyat ” xidmətindən istifadə edərək həm əsərini qeydiyyatdan keçirə bilər, həm də əsərin qeydiyyatı ilə bağlı onu maraqlandıran suallara cavab ala bilər. On-lıne qeydiyyat xidmətinin köməyi ilə müəllif (hüquq sahibi) özünə münasib şəraitdə (evindən, iş... »
Əsərin qeydiyyatı ilə bağlı işlərin aparılması üçün fiziki və ya hüquqi şəxs nümayəndəsini təyin edə bilər. Fiziki şəxsin əsərinin qeydiyyatı üçün sənədlər nümayəndə vasitəsilə təqdim etdikdə, nümayəndə qanunvericilikdə müəyyən edilmiş qaydada adına etibarnamə (onun şəxsiyyət vəsiqəsinin surəti əlav... »
Əsərin dövlət qeydiyyatından keçirilməsi müəllifə hansı üstünlükləri verir?
Əsərin qeydiyyatı aşağıdakı səbəblərə görə məqsədəuyğun sayılır: - müəllifliyin ilkinliyi ilə bağlı mübahisələr yarandıqda əsərin qeydiyyatı haqqında şəhadətnamə sübutedici sənəd kimi çıxış edir; - əsərdən qeyri-qanuni istifadə edildikdə və ya plagiat faktları aşkar olunduqda müəllifin pozulmuş hüqu... »
Hansı topologiyalar qeydiyyatdan keçirilə bilər?
Yalnız orijinal topologiyalar qeydiyyatından keçirilə bilər. Qeydiyyat üçün topologiyanı eyniləşdirən ifadə formasından (rəsm, çertyoj, foto və yaxud inteqral sxem topologiyasının özü referatla birlikdə) biri təqdim olunmalıdır. »
“İnteqral sxem topologiyası” dedikdə nə başa düşülür?
“İnteqral sxem topologiyası” dedikdə altlığın səthində və ya həcmində hazırlanan, bir-birindən ayrılmayan elementlərdən, yaxud elementlərarası əlaqələrdən ibarət olub müəyyən elektron sxem funksiyasını tam və ya qismən yerinə yetirən elektron məmulat başa düşülür.... »
Xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusunun qorunma müddəti nə qədərdir?
Xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusunun qorunma müddəti onun qeyri-müəyyən şəxslər dairəsinə ilk dəfə təqdim edildiyi tarixdən sonrakı ilin əvvəlindən başlayaraq 15 il müddətində qüvvədə qalır. »
Xüsusi qorunma hüququ ilə qorunan məlumat topluları hansılardır?
Maliyyə vəsaitləri, yaxud vaxt və enerji (resurs) məsrəfləri şəklində əhəmiyyətli sərmayə qoyuluşu hesabına yaradılmış məlumat topluları xüsusi qorunma hüququ ilə qorunur. İddiaçı xüsusi qorunma hüququ ilə qorunan məlumat toplusunun qorunma meyarı kimi əsas götürülən maliyyə vəsaitlərini, vaxt və en... »
Müəlliflik hüququ ilə qorunan məlumat toplusunun qorunma müddəti nə qədərdir?
Məlumat toplusuna müəlliflik hüququ toplunun yaradılması anından yaranır, toplunu yaradan (tərtib edən) müəllifin bütün həyatı boyu və onun ölümündən sonrakı ilin əvvəlindən başlayaraq 70 il müddətində qüvvədə qalır. ... »
Müəlliflik hüququ ilə qorunan məlumat topluları hansılardır?
“Məlumat toplularının hüquqi qorunması haqqında” Qanuna əsasən, məlumatların seçilməsinə və düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi kimi orijinal olan məlumat topluları müəlliflik hüququ ilə qorunur. Məlumat toplusunun müəlliflik hüququ ilə qorunması onun məzmununa aid edilmir, materiall... »
Əlaqəli hüquqların qorunma göstəriciləri hansılardır?
Hüquq sahibi ona məxsus olan əlaqəli hüququ bildirmək üçün dairəyə alınmış P latın hərfindən istifadə edə bilər. »
Əlaqəli hüquq obyektləri kimlərə şamil edilir, kim qeydiyyatdan keçirə bilər?
İfaçı, fonoqram istehsalçısı, efir yayımı təşkilatı (radio və televiziya) əlaqəli hüquq obyektlərini qeydiyyatdan keçirə bilərlər. »
Əlaqəli hüquqların obyektləri hansılardır?
İfalar, fonoqramlar və yayım təşkilatı verilişləri əlaqəli hüquqların obyektləridir »
Şərikli əsər müəlliflərinin hər birinin ayrılıqda həmin əsəri Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirmək və əsərin qeydiyyatı haqqında şəhadətnamə almaq hüququ vardır. »
Azərbaycan Respublikası beynəlxalq müqavilələrə, o cümlədən “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasına üzv olduğu üçün xarici ölkə vətəndaşı əsərini Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirə bilər... »
Vərəsəlik qaydasında əsərdən istifadəyə müstəsna hüquqların verilməsi necə həyata keçirilir?
Vəfat etmiş müəllifin vərəsəsi notarial qaydada təsdiq edilmiş Qanun üzrə vərəsəlik hüququ haqqında Şəhadətnamə almalıdır. »
Əsərdən istifadəyə müstəsna hüquqların verilməsi necə həyata keçirilə bilər?
Əsərdən istifadəyə müstəsna hüquqlar müəllif müqaviləsi üzrə verilir və vərəsəlik qaydasında keçir. »