Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Tez-tez verilən suallar

Əsərin qeydiyyatı üçün ödənilən dövlət rüsumu hansı bankda ödənilir və hansı hesaba köçürülür?


“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.62-1.1-ci maddəsinə əsasən əsərin dövlət qeydiyyatına alınması üçün “Kapital Bank”ın yerli filiallarından birində fiziki şəxslər üçün 5 AZN, hüquqi şəxslər üçün 20 AZN dövlət rüsumu ödənilməlidir. Ödənilən dövlət rüsumu Dövlət Xəzinədarlığı Agentliyinin hesabına köçürülür.