Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Ana səhifə / Startup - Biznes nümayəndələrinin diqqətinə!

Son illər ölkəmizdə aparılan iqtisadi islahatlar çərçivəsində innovativ fəaliyyətin stimullaşdırılması, elmi tədqiqat nəticələrinin kommersiyalaşdırılması və tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi iqtisadi inkişafın sürətləndirilməsində vacib rol oynayır. Xüsusən Azərbaycan Respublikası Prezidentinin “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında” 2016-cı il 06 dekabr tarixli 1138 nömrəli Fərmanı bu istiqamətdə aparılan işlərə güclü təkan vermişdir.

Strateji yol xəritələrinin aidiyyəti bəndlərinin icrası çərçivəsində aidiyyəti dövlət qurumları, o cümlədən Agentlik tərəfindən bir sıra tədbirlər həyata keçirilmiş, o cümlədən universitetlərdə və elmi-tədqiqat müəssisələrində aparılan elmi-tədqiqat işlərinin nəticəsi olaraq yaradılan yüksək texnologiyaların iqtisadiyyatda tətbiqi üçün əlverişli şəraitin yaradılması və iqtisadi səmərəsinin artırılması üzrə aparılan işlərə dəstək məqsədi ilə Agentliyin təşkilatçılığı və iştirakı ilə ölkəmizdə bu mövzuya həsr olunan 3 beynəlxalq tədbir keçirilmişdir.

Cari ilin 5 iyun tarixində Bakıda Əqli Mülkiyyət Agentliyi, Təhsil Nazirliyi, ÜƏMT və Avrasiya Patent Təşkilatının birgə təşkilatçılığı ilə keçirilən “Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda beynəlxalq konfransda və “Qeyri-maddi aktivlər və qlobal dəyər zəncirləri: iqtisadiyyat innovasiyaların üstünlüklərindən necə faydalana bilər?” mövzusunda regional seminarda bu məsələlər müzakirə predmeti olmuş, həmçinin ölkəmizin universitetlərində və elmi-tədqiqat müəssisələrində yeni yaradılmış startapların bir qrupunun nailiyyətlərini əks etdirən sərgi nümayiş etdirilmişdir.

Bəllidir ki, müasir iqtisadiyyatda startap – layihələr böyük əhəmiyyət kəsb edir. Yüksək ixtisaslı mütəxəssislərin bilavasitə yaratdığı və ya cəlb olunduğu bu startapların innovasiya prosesində, yüksək texnoloji innovasiya layihələrinin reallaşdırılmasında, innovasiya infrastrukturunun işlənməsi və tətbiqində rolu böyükdür.

Biznes qurumları tərəfindən bu startlapların fəaliyyətinə diqqət yetirilməsi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması hər iki tərəfə, eyni zamanda bütövlükdə iqtisadiyyatımıza faydalar gətirə, töhfə verə bilərdi. Biznes qurumları üçün maraq doğuracağını nəzərə alaraq, hazırda fəaliyyətdə olan startapların bir qismi haqqında məlumatları təqdim edirik:

 

 

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti

 

Milli Aviasiya Akademiyası

 

Azərbaycan Texniki Universiteti

 

İdrak Technology Transfer MMC

 

Azərbaycan Texnologiya Universiteti

 

Azərbaycan Dövlət İqtisad Universiteti

 

Bakı Dövlət Universiteti

 

AMEA Yüksək Texnologiyalar Parkı Biznes İnkubasiya Mərkəzi

 

AMEA-nın Naxçıvan bölməsinin Təbii Ehtiyatlar İnstitutu

 

Bakı Mühəndislik Universiteti