Tez-tez verilən suallar
Əsərin dövlət qeydiyyatından keçirilməsi müəllifə hansı üstünlükləri verir?
Əsərin qeydiyyatı aşağıdakı səbəblərə görə məqsədəuyğun sayılır: - müəllifliyin ilkinliyi ilə bağlı mübahisələr yarandıqda əsərin qeydiyyatı haqqında şəhadətnamə sübutedici sənəd kimi çıxış edir; - əsərdən qeyri-qanuni istifadə edildikdə və ya plagiat faktları aşkar olunduqda müəllifin pozulmuş hüquqlarının müdafiəsi daha asan olur.