Tez-tez verilən suallar
Xarici ölkə vətəndaşı əsərini Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirə bilərmi?
Azərbaycan Respublikası beynəlxalq müqavilələrə, o cümlədən “Ədəbi və bədii əsərlərin qorunması haqqında” Bern Konvensiyasına üzv olduğu üçün xarici ölkə vətəndaşı əsərini Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyində qeydiyyatdan keçirə bilər