Tez-tez verilən suallar
Müəlliflik hüququ ilə qorunan məlumat topluları hansılardır?
“Məlumat toplularının hüquqi qorunması haqqında” Qanuna əsasən, məlumatların seçilməsinə və düzülməsinə görə yaradıcılıq fəaliyyətinin nəticəsi kimi orijinal olan məlumat topluları müəlliflik hüququ ilə qorunur. Məlumat toplusunun müəlliflik hüququ ilə qorunması onun məzmununa aid edilmir, materialların seçilməsinə və düzülməsinə görə toplunun quruluşu qorunur. Müəlliflik hüququnun obyekti olan məlumat toplusunu müstəsna müəlliflik hüquqlarının sahibi (sahibləri) hüquqların qüvvədə olduğu müddətdə onu “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanuna uyğun olaraq dövlət qeydiyyatdan keçirə bilər.