Tez-tez verilən suallar
Əsərdən istifadəyə müstəsna hüquqlar kimə məxsusdur?
Əsərdən hər hansı formada və üsulla istifadəyə müstəsna hüquqlar müəllifə (yəni əsərin yaradıcısına) məxsusdur. Əgər əsər qanunvericiliyə uyğun olaraq xidməti tapşırıq əsasında yaradılıbsa və ya əsərin əmlak hüquqları müəllif müqavilələri üzrə verilibsə, yaxud vərəsəlik qaydasında keçmişdirsə, onda ... »
“Müəlliflik hüququ obyektinin qeydiyyatı Qaydaları” uyğun olaraq təsviri incəsənət, dekorativ-tətbiqi sənəti əsərlərinin qeydiyyatı üçün həmin əsərlərin 9x12 ölçülü rəngli fotoşəkilləri təqdim olunmalıdır »
Musiqi əsərini elektron qeydiyyatdan keçirmək üçün hansı sənədlər lazımdır?
Musiqi əsərini elektron qeydiyyatdan keçirmək üçün elektron ərizəyə əsərin not yazısı və mahnının mətni (sözləri) fayl formasında əlavə edilməlidir. Əgər mətnsiz musiqi əsərini qeydiyyatdan keçirmək istəyirsinizsə, yalnız not yazısını yuxarıda qeyd etdiyimiz formada göndərməlisiniz; - müstəsna hüquq... »
Əsəri dövlət qeydiyyatından keçirmək üçün hansı sənədlər təqdim olunmalıdır?
“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 5(1)-ci maddəsinə əsasən müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, elm, ədəbiyyat və incəsənət əsərlərinə şa... »
Əsər yarandığı andan həmin əsərə müəlliflik hüququ yaranır, onun müəllifinin müəlliflik hüquqları qorunur. Müstəsna müəlliflik hüququnun sahibinin əsərə öz hüquqlarını bildirməsi üçün aşağıdakı qorunma göstəricilərindən istifadə edilməlidir: - dairəyə alınmış C latın hərfi - ©; - müstəsna müəlliflik... »
Müəlliflik hüququ ilə qorunmayan obyektlər hansılardır?
Rəsmi sənədlər (qanunlar, məhkəmə qərarları, qanunvericilik, inzibati və məhkəmə xarakterli digər mətnlər), həmçinin onların rəsmi tərcümələri; - dövlət rəmzləri və nişanları (bayraqlar, gerblər, himnlər, pul nişanları, digər dövlət rəmzləri və nişanları); - günün yenilikləri, müxtəlif hadisə və fak... »
Hansı əsərlər rəsmi dövlət qeydiyyatından keçirilə bilər və bunun üçün tələblər hansılardır?
Yaradıcılıq fəaliyyətinin nəticəsi olan, obyektiv formada mövcud olan orijinal elm, ədəbiyyat və incəsənət əsərləri qeydiyyatdan keçirilə bilər. Dövlət sirrini, kommersiya sirrini saxlayan, pornoqrafiyanı, dini, irqi ayrıseçkiliyi təbliğ edən, milli ədavəti qızışdıran əsərlər qeydiyyatdan keçirilmir... »