Tez-tez verilən suallar
Musiqi əsərini elektron qeydiyyatdan keçirmək üçün hansı sənədlər lazımdır?
Musiqi əsərini elektron qeydiyyatdan keçirmək üçün elektron ərizəyə əsərin not yazısı və mahnının mətni (sözləri) fayl formasında əlavə edilməlidir. Əgər mətnsiz musiqi əsərini qeydiyyatdan keçirmək istəyirsinizsə, yalnız not yazısını yuxarıda qeyd etdiyimiz formada göndərməlisiniz; - müstəsna hüquqlar əvvəllər başqasına məxsus olmuşdursa, bu hüquqların əldə edilməsi barədə müvafiq sənədin təsdiq edilmiş surəti (skan edilmiş); - müəllifin (hüquq sahibinin) şəxsiyyət vəsiqəsinin surəti (skan edilmiş); - əsərin qeydiyyatı üçün dövlət rüsumunun ödəniş qəbzi (skan edilmiş) əlavə olunur.