Tez-tez verilən suallar
Müəlliflik hüququ necə yaranır və müəlliflik hüququnun sahibinin əsərə öz hüquqlarını bildirməsi üçün istifadə edəcəyi qorunma göstəriciləri hansılardır?
Əsər yarandığı andan həmin əsərə müəlliflik hüququ yaranır, onun müəllifinin müəlliflik hüquqları qorunur. Müstəsna müəlliflik hüququnun sahibinin əsərə öz hüquqlarını bildirməsi üçün aşağıdakı qorunma göstəricilərindən istifadə edilməlidir: - dairəyə alınmış C latın hərfi - ©; - müstəsna müəlliflik hüquqlarının sahibinin adı (fiziki və hüquqi şəxslər); - əsərin ilk dəfə dərc edildiyi il.