YUNESKO-nun Baş direktoru xanım İrina Bokovanın Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı müraciəti
23 aprel 2015-ci il
Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kitabların həyatımızı yaxşılığa doğru dəyişmək gücünü etiraf etmək və kitabları və onları istehsal edənlərə dəstək vermək üçün bir fürsətdir.
Sosial tərəqqinin qlobal rəmzləri kimi kitablar - öyrənmək və oxumaq mədəniyyət və təhsili ləkələyən, dialoq və tolerantlığı inkar edənlərin hədəfinə çevrilmişdir. Son aylarda biz məktəbdə uşaqların üzərinə hücumları və kitab kütləvi yandırılmasını müşahidə etmişik. Bu çərçivədə, bizim vəzifəmiz aydındır - biz savadsızlıq və yoxsulluqla mübarizə aparmaq, dayanıqlı cəmiyyətləri qurmaq, sülh fondlarını gücləndirmək üçün kitab, qələm, kompüteri, o cümlədən oxumaq və yazmağın bütün formalarını təşviq etmək cəhdlərimizi artırmalıyıq.
YUNESKO 2015-ci ildə təqib ediləcək Davamlı İnkişaf Məqsədlərinin həlledici tərkib hissəsi kimi daxil edilmiş savadsızlığa qarşı mübarizənin önündə gedir. Savadlılıq biliyin qapısıdır, fərdi özünəhörmət və imkanların artırılması üçün vacibdir. Bütün formalarda kitablar burada mühüm rol oynayır. Dünyanın 175 milyon yeniyetməni - əsasən qızlar və gənc qadınlar bir cümlə belə oxumağı bacarmır. YUNESKO informasiya və kommunikasiya texnologiyaları, xüsusilə mobil texnologiyadan istifadə etməyə, savadlılığın dəstəklənməsinə və keyfiyyətli tədris vasitəsilə əlçatmayan insanlara yetişməyə sadiqdir.
Kitablar fikir azadlığının olduqca mühüm platforması və məlumatın azad axınıdır - bu gün bunlar bütün cəmiyyətlər üçün çox əhəmiyyətlidir. Mədəniyyət obyekti kimi kitabın gələcəyi inkişaf üçün daha özünəməxsus və davamlı yollarının təşviqində mədəniyyətin rolundan ayrılmazdır. Mədəni İfadələrin Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Konvensiyası ilə, hansı ki, bu il özünün 10-cu ildönümünü qeyd edir, YUNESKO gənclər və kənar qruplar arasında mütaliənin təşviqini araşdırır. Nəşr, kitab mağazaları, kitabxanalar və məktəb peşələrinə (karyerasına) dəstək üçün biz Beynəlxalq Naşirlər Assosiasiyası, Beynəlxalq Kitabsatıcıları Federasiyası, Kitabxana Assosiasiyaları və Təşkilatları üzrə Federasiya ilə çalışırıq.
Bu, 2015-ci ilin Ümumdünya Kitab Mərkəzi kimi nəzərdə tutulan İncheonun - Koreya Respublikası , özünün insanlar və əhalinin azimtiyazlı hissəsi arasında mütaliənin təşviqi proqramını tanımaqda rəhbər ruhudur. Bu təyinat Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü qüvvəyə minir və titulun əvvəlki sahibi Port Harcout, Nigeriyadan olan iştirakçılarla qeyd ediləcək.
İncheon və bütün beynəlxalq birliklərlə birgə icazə verin, biz də kitabı ideya və biliyi bölüşmək, dərketmə, dialoq və dözümlülüyə ruhlandırmaq arzusu və yaradıcılığın təcəssümü kimi qeyd etməyə qoşulaq. Bu, YUNESKO-nun Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü ilə bağlı müraciətdir.