Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə Azərbaycan arasında əlaqələr son zamanlar daha da genişlənib


05 İyun 2018

 

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=148507

 

 

“Bilik və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi” mövzusunda keçirilən beynəlxalq konfrans vacib və əhəmiyyətli tədbirdir. Əslində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının direktoru Frensis Qarrinin, dünyada əqli mülkiyyət sahəsində tanınmış peşəkarların, məşhur alimlərin, bir sıra universitetlərin professor və doktorlarının bura gəlməsi böyük hadisədir. Bu müddətdə yüksək səviyyəli görüşlər olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov jurnalistlərə müsahibəsində deyib.

“Frensis Qarrini uzun illərdir tanıyıram. Onun Azərbaycana isti münasibəti və Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə Azərbaycan arasında əlaqələr son zamanlar daha da genişlənib. Ölkəmiz idarəetmə və büdcə komitələrində təmsil olunur. MDB məkanında ilk dəfə Azərbaycan nümayəndəsi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “Müəlliflik hüququna dair” Beynəlxalq Müqaviləsinin Assambleyasının sədr müavini seçilib. Bu, onu göstərir ki, Azərbaycana böyük diqqət var. Ümumdünya Əqli Mülkiyyət Təşkilatı böyük layihə həyata keçirir. Layihənin məqsədi universitetlərdə və elmi müəssisələrdə tədqiqat işlərini daha da genişləndirmək və əsasən onları kommersiyalaşdırmaqdır”, - deyə K.İmanov qeyd edib.