Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Ümumdünya Əqli Mülkiyyət Günü – 26 aprel 2018-ci il


İnnovasiya və yaradıcılıqda qadınlar: dəyişikliyin aparıcı qüvvəsi

 

Hər 26 apreldə əqli mülkiyyət hüquqlarının (patent, əmtəə nişanları, sənaye nümunələri, müəlliflik hüququ) innovasiya və yaradıcılığın təşviq olunmasında oynadığı rolu öyrənmək üçün biz Ümumdünya Əqli Mülkiyyət Gününü qeyd edirik.

Builki Ümumdünya Əqli Mülkiyyət Günündə dünyamızı dəyişən və birgə gələcəyimizi quran qadınların zəkası, bacarığı, bilmək həvəsi və cəsarəti bayram edilir.

Qadınlar hər gün həyatı dəyişən və astrofizikadan tutmuş nanotexnologiyaya və təbabətdən süni intellekt və robototexnikaya qədər insan təxəyyülünü inkişaf etdirən  ixtira və həyatı yaxşılaşdıran yaradıcılıq məhsulları icad edirlər.

Və yaradıcılıq sahəsində də, bu, istər kino, animasiya, musiqi, moda, dizayn, heykəltəraşlıq, rəqs, ədəbiyyat, incəsənət və bir çox digər sahələr olsun, qadınlar bizi təcrübə və anlamanın yeni aləmlərinə cəlb edərək, mədəniyyətə yeni baxış irəli sürür,  ustalığın və yaradıcılıq nümunələrinin hüdudlarını sınaqdan keçirirlər.

Dünyadakı sonsuz sayda qadınların mühüm və ruhlandırıcı töhfələri dünyamızı dəyişir. Qadınların "Biz bunu bacararıq!" qətiyyəti hamımız üçün ilham mənbəyidir. Və onların möhtəşəm nailiyyətləri gələcəyin ixtiraçıları və yaradıcıları olmaq istəyində olan bu günün gənc qızları üçün əvəzsiz mirasdır.

Əvvəllər olduğundan daha çox qadınlar lider rolunu öz üzərlərinə götürürlər və elm, texnologiya, biznes və incəsənətdə öz sözlərini cəsarətlə deyirlər. Bu yaxşı xəbərdir. Qadınlar və kişilərin birgə səyləri ilə biz bəşəriyyətin potensialını gücləndirir və ümumi  mədəni sərvətimizi zənginləşdirmək və yoxsulluğun azaldılması, qlobal sağlamlığın möhkəmləndirilməsi və ətraf mühitin qorunması üçün səmərəli qərarların hazırlanması bacarığımızı artırırıq.

Artıq dünyada daha çox qadın və qızların innovasiya və yaradıcılığa cəlb olunmasına təminat verən üsullar, eləcə də bunun nə üçün belə vacib olması barədə.düşünməyin zamanı yetişmişdir.

Builki Ümumdünya Əqli Mülkiyyət Gününün qeyd olunması - əqli mülkiyyət (ƏM) sisteminin innovativ və yaradıcı qadınların (və hətta hər kəsin) öz inanılmaz ideyalarını bazara çıxarmaq cəhdlərinə necə dəstək verə biləcəyini göstərmək üçün bir imkandır.

#worldipday-dan istifadə edərək müzakirəyə qoşulun və dəyişikliklərin aparıcı qüvvəsi olan ətrafınızdakı ixtiraçı və yaradıcı qadınlar haqqında bizə danışın.