Ümumdünya ƏM Günü 2016 – Rəqəmli Yaradıcılıq: Mədəniyyətin Yenidən Dərk Olunması
Karakasda günəş doğuşu, yazıçı ilhamlı tərzdə oyanır və planşeti əlinə götürür. Onun ideyası Londonda Vest End teatrında məşq keçən həmkarında əks olunur. Bunun ardınca parlaq ideya mübadiləsi - sözlər, şəkillər, süjet dəyiklikləri və dialoqlar gəlir. Yeni serialın ssenarisi – qlobal pandemiya, narkotika kartelləri, yüksək səviyyəli korrupsiya – Hollivudun film menecerinin poçt qutusuna düşür, o da öz növbəsində Dubay, Mumbay, Pekin və Berlindəki partnyorları ilə əlaqə saxlayır. Razılıqlar əldə olunur, vəsaitlər toplanır, yayım kanalları ilə razılaşma əldə olunur.
Çəkiliş başlayır: xarici səhnələr Uarsasatedə, daxili çəkilişlər Bruklində, xüsusi effektlər Banqkokda. Saundtrek əlavə olunur: Riodan insanı riqqətləndirən qarışıq ritmlər, Laqosdan mis boruların səsi və ən nəhayət Praqadan simli orkestrin səsi. Musiqili tema yoluxucu olur və yer kürəsinin hər küncündən olan fanatlar müxtəlif ölçülü ekranlarda yeni şouya tamaşa edirlər…
Filmlər, televiziya, kitablar, incəsənət, video oyunlar – bir sözlə mədəniyyət əsərləri – geniş sərhəddlərə malikdir. Lakin WiFi erası mədəniyyət əsərlərinin hansı yolla yaranmasını, yayılmasını və milli sərhədlərdən daha da kənara çıxan bazarlarda rahatlıqla istehlak olunmasını ifadə edir. Daha əlçatımlı rəqəmli texnologiyalar fiziki əngəlləri aradan qaldırıb, təxəyyülü yeni yollarla qidalandırmaqla hər bir artist və yaradıcı üçün mədəniyyətlərarası əməkdaşlıq üçün geniş imkanlar açıb.Rəqəmli yaradıcılığın çiçəklənməsiylə nemətlər rəqəmli istehlakçıya gəlir. Beləliklə də harda, nə zaman və necə olmasından asılı olmayaraq biz dünyanın hər yerindən saysız-hesabsız yaradıcıların əsərlərini oxuyur, tamaşa edir və dinləyirik.
Mədəniyyətin yenidən dərki – biz onu necə yaradırıq, necə daxil oluruq və necə maliyyələşdiririk – çağırışlarsız deyil. Uyuşan, adaptiv əqli mülkiyyət sistemi çağırışının məqsədi odur ki, bizim rəqəmli kainatımızda artistlər və kreativ sənayelər yaradıcılıqlarını davam etdirmək üçün öz əsərlərinə görə müvafiq ödəniş ala bilsinlər. Buna görə də, bu ilki Ümumdünya Əqli Mülkiyyət günündə biz mədəniyyətimizin gələcəyi ilə bağlı olan bəzi məsələləri araşdıracağıq. Biz rəqəmli bazardakı yaradıcılıq haqqında ekspretlerlə həmçinin yaradıcıların özləriylə danışacağıq ki, hara getdiyimizi müəyyən edə bilək. Feysbukda bizə qoşulun və baş verən hadisələri izləyin. Birinci mövsüm yeni başlayır.