Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarının ifşa edilməsində böyük rol oynayır


26.04.2017 [11:43]

 

http://azertag.az/xeber/1054550

 

Bakı, 26 aprel, K.Əliyeva, P.İmanova, AZƏRTAC

 

 

Aprelin 26-da Bakıda Müəllif Hüquqları Agentliyinin (MHA) təşkilatçılığı ilə keçirilən “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Əqli Mülkiyyət Gününə həsr olunan tədbirdə MHA-nın sədri Kamran İmanov bu günün qeyd edilməsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, bu il Beynəlxalq Əqli Mülkiyyət Günü “İnnovasiyalar: həyat keyfiyyətinin yüksəldilməsi” devizi altında keçirilir. Bu isə bütün insanlara, o cümlədən Ermənistandan deportasiya olunmuş bir milyondan artıq azərbaycanlıya da aiddir.

Konfransda çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycan Ağsaqqallar Şurasının sədr, Milli Məclisin deputatı Fəttah Heydərov, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Məmmədov işğal olunmuş torpaqlarımızda mədəni irsimizin məhv edilməsindən, ermənilər tərəfindən özününküləşdirilməsindən danışıb, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında MHA-nın fəaliyyətini yüksək dəyərləndiriblər.

Sonra MHA-nın sədri Kamran İmanovun “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda məruzəsi dinlənilib. Məruzədə erməni tarixçilərinin uydurmaları elmi faktlarla əsaslandırılıb.