Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Publik hüquqi şəxs statuslu Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi yaradılıb


10 Aprel 2018

 

https://az.trend.az/azerbaijan/society/2884769.html

 

 

Azərbaycanda Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin fəaliyyətinin təmin edilməsi haqqında qərar qəbul edilib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Artur Rasi-zadə imzalayıb.

Qərara görə, Müəllif Hüquqları Agentliyinin tabeliyində olan Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin Nizamnaməsi və strukturu təsdiq edilib.

İşçilərin say həddinin və nizamnamə fondunun miqdarının müəyyən edilməsi, Mərkəzin yenidən təşkili və ləğv edilməsi də Nazirlər Kabinetinin səlahiyyətinə daxil edilib.

Mərkəzin işçilərinin say həddi 13 ştat vahidi müəyyən edilib.

Müəllif Hüquqları Agentliyinə Mərkəzin inkişaf istiqamətlərinin müəyyən edilməsi, illik maliyyə hesabatlarının təsdiq edilməsi, icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi, təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə,filial və nümayəndəliklərin yaradılmasına razılıq verilməsi, xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri publik hüquqi şəxsin aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılmasına razılıq verilməsi səlahiyyətləri verilib.