Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Piratçılıqla məşğul olanlara qarşı cəza miqdarı müəyyənləşdi


06.07.2014

 

http://news.lent.az/news/171821

“Müəlliflik hüququ ilə qorunan obyektlər müvafiq nəzarət markaları vasitəsi ilə tənzimlənəcək. Nəzarət markasının olmaması 50 manat cəza sanksiyasını tələb edəcək”. APA TV-nin məlumatına görə, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib. Bununla bağlı qanunun artıq ölkə prezidenti tərəfindən imzalandığını deyən Agentlik sədri, cəza sisteminin hazırlandığını bildirib: Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanovun sözlərinə görə, “Azərbaycan ilk dövlətlərdən biridir ki, piratçılığa qarşı qanun qəbul edib. Bu qanun artıq prezident tərəfindən imzalanıb, cəza sistemi hazırlanıb və demək olar ki, bütün bazarda müəlliflik hüququ ilə qorunan obyektlər müvafiq nəzarət markaları vasitəsi ilə tənzimlənəcək. Nəzarət markasının olmaması 50 manat cəza sanksiyasını tələb edəcək. Bu, sərt tədbirdir".
Agentlik sədri deyir ki, Azərbaycan inkişaf etmiş ölkələr sırasına daxil olmaq istəyir. Buna görə də ölkəmizdə piratçılığa qarşı mübarizənin inkişaf etmiş ölkələrin səviyyəsinə qalxmasını istəyirik.