Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Ötən il Müəllif Hüquqları Agentliyində 667 əsər qeydiyyata alınıb


15.01.2018 [17:23]

 

https://azertag.az/xeber/Oten_il_Muellif_Huquqlari_Agentliyinde_667_eser_qeydiyyata_alinib-1128442

 

 

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyində ötən il 354 müəllifin 667 əsəri qeydiyyatdan keçirilib və əsərin qeydiyyatı haqqında 680 şəhadətnamə verilib. “Elektron xidmət” bölməsi vasitəsilə müəlliflərin 40 müraciəti əsasında isə 31 əsər qeydiyyata alınıb.

AZƏRTAC xəbər verir ki, bu, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin 2017-ci ildə görülmüş işlər barədə yekun hesabatında əks olunub. Bununla yanaşı, hesabat ilində 7 müqavilə qeydiyyatdan keçirilib. Əsərlərin və digər əqli mülkiyyət obyektlərinin qeydiyyatına görə dövlət büdcəsinə 3750 manat vəsait ödənilib.

Hesabatda bildirilir ki, əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən bu il yanvarın 1-dək Agentlikdə ümumilikdə 11554 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən “Elektron xidmət” bölməsi vasitəsilə 85 müəllifin 177 əsəri qeydiyyatdan keçirilib.