Müəlliflik hüququ sahəsində fəaliyyət
Dövlət siyasətinin təmin olunması sahəsində müəlliflik hüququ və əlaqəli hüquqlar institutunun inkişaf Konsepsiyası həyata keçirilir, qanunvericiliyə və hüquqların idarə olunmasına dair beynəlxalq təcrübə ümumiləşdirilir. Bu iş beynəlxalq ekspertlərlə sıx əməkdaşlıq şəraitində görülür. Müəlliflərin və istifadəçilərin uçot şəbəkəsi yaradılmışdır, istənilən maddi daşıyıcıya yazılmış əsərlərin qeydiyyatı, dövlət reyestrində qeydə alınmış əsərlərin elektron arxivləşdirilməsi və onların ekspertizasının təşkili təmin edilir. Agentlik müəllif hüquqları sahəsində fəaliyyət göstərən ictimai təşkilatların, habelə kollektiv idarəçiliklə məşğul olan mütəxəssislərin işini əlaqələndirir və onlara metodiki və hüquqi yardım göstərir, keçirdiyi bir sıra seminarlar, təlimati yığıncaqlar, televiziya və digər kütləvi informasiya vasitələrində etdiyi onlarla çıxış, həmçinin bu sahədə hazırladığı elmi, metodiki və praktiki materiallar da daxil edilməklə hüquq sahiblərinin məlumatlandırılması yönündə iş aparır.
Avropa ölkələrinin müəlliflik hüququ qanunvericilikləri ilə milli qanunvericiliyin müqayisəli təhlilinin, habelə ÜƏMT-in və TRİPS-in İnternet müqavilələrinin məzmunun¬dan irəli gələn tələblərin həyata keçirilməsi, milli qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflər hazırlamağa, həmçinin hamılıqla qəbul olunmuş beynəlxalq praktikaya uyğun bir sıra təşkilati tədbirlər həyata keçirməyə imkan verdi. Müəlliflərin əmlak hüquqlarının kollektiv idarə olunması çərçivəsində müəlliflərə və hüquq sahiblərinə düşən qonararların toplanması, bölüşdürülməsi və onlara çatdırılması təşkil edilir, nəzərdə tutulmuş istifadəçilərin dairəsi daha çox kommersiya strukturlarının əhatə edilməsi hesabına genişləndirilir.
Uçotda olan əsərlərin ümumi sayı 19 mindən çoxdur, yalnız hüquqi şəxs olan istifadəçilərin sayı 120-ni keçmiş, müəlliflərin və əmlak sahiblərinin kollektiv idarə olunması hesabına qonarar alanların sayı isə 2,5 min nəfərdən artıq olmuşdur.
Təkcə 2001-ci ildə 70 müəllifə məxsus 420-dən çox əsər dövlət qeydiyyatından keçmiş, 150 müstəsna hüquq sahibi 130 qeydiyyat şəhadətnaməsi almış, hüquqların ötürülməsi barədə 80 müəllif müqaviləsi qeydiyyata alınmış, 20 müəllifə məxsus 500-dən çox musiqi əsəri arxivləşdirilmişdir. Hazırda kompüter arxivlərində və məlumat bazalarında 4200 musiqi əsəri və onların 150 müəllifi haqqında məlumatlar saxlanır. Hüquqların kollektiv idarə olunması sistemi vasitəsilə 550 hüquq sahibinə, əsərlərinin istifadəsinə görə toplanmış 220 mln. manat həcmində müəllif qonorarı çatdırılmışdır.
Təkcə 2001-ci il ərzində 200-dən çox müəlliflik və əlaqəli hüquq sahibi və ya onların nümayəndəsi hüquq məsləhəti almışdır.
K.İmanov, 2005