Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Müəllif hüquqları ilə bağlı yeni elektron - xidmətlər


18.02.2015 
http://www.atvxeber.az/news/social/15901-muellif-huquqlari-ile-bali-yeni-elektron

Azərbaycan Müəllif Hüquqları Agentliyi “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” Qanunun icrası ilə əlaqədar yeni elektron xidmətlər yaradır. 
Bu barədə agentliyin 2014-cü il üzrə fəaliyyəti barədə qısa icmalda deyilir.
İcmalda həmçinin əks olunur ki, hazırda əsərlərin və qeyri-maddi irsin, o cümlədən folklor nümunələrinin kontentinin milli reyestrinin, həmçinin müəllif-hüquq lisenziyaları ilə təmin olunan açıq təhsil resurslarının yaradılması üzərində iş aparılır. Bu, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn aidiyyəti vəzifələrin icrasının təmin edilməsi məqsədi daşıyır.

/ictnews/