Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Müəllif Hüquqları Agentliyinin yeni strukturu açıqlanıb


20 Aprel, 2017

 

https://report.az/daxili-siyaset/muellif-huquqlari-agentliyinin-yeni-strukturu-aciqlanib/

 

 

Müəllif Hüquqları Agentliyinin yeni strukturu açıqlanıb.

"Report" xəbər verir ki, Agentliyin sədri Kamran İmanov hazırda Müəllif Hüquqları Agentliyinin tam kompüterləşmiş, tərkibində müasir texnologiyalara əsaslanan avadanlıq və mətbəə ilə təchiz edilmiş Smart-tipli Treninq Xidməti, distant təhsil alma və əlaqələndirmə BigBlueButton və TrueConf Online sistemləri olan, nəzarət markalarının hazırlanması və izlənməsini həyata keçirən Hüquqların Təminatı Mərkəzi, Rəqəmli hüquqların idarəçilik sistemi olan, E-hökumət portalına qoşulan, “960” qaynar xətti və ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”na malik dövlət orqanı olduğunu bildirib.

Onun sözlərinə görə, əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən bu ilin birinci rübünədək Agentlikdə 10 989 əsər və əlaqəli hüquqların obyektləri, o cümlədən son vaxtlar “Elektron xidmət” bölməsi vasitəsi ilə 81 müəllifin 152 əsəri qeydiyyatdan keçirilib.