Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Müəllif Hüquqları Agentliyinin "Qaynar xətt"nə daxil olan zənglərin sayı açıqlanıb


6 Avqust, 2016  10:49

 

Bakı. 6 avqust. REPORT.AZ

 

Bu ilin 6 ayı ərzində Müəllif Hüquqları Agentliyində ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası” tərəfindən aidiyyəti dövlət qurumlarının və məhkəmə orqanlarının sorğuları əsasında 20 ekspert rəyi hazırlanıb.

Bu barədə "Report"a Agentlikdən məlumat verilib.

Müəllif-hüquq məsələləri ilə bağlı sorğuları operativ şəkildə cavablandırmaq və Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq köməklik göstərmək məqsədilə fəaliyyət göstərən 960 nömrəli “Qaynar xətt” vasitəsilə ilin birinci yarımili ərzində 700-dən artıq müəllifin, digər hüquq sahiblərinin, ictimai birliklərin nümayəndələrinin və müəllif-hüquq məsələləri ilə maraqlanan şəxslərin müraciət və sorğuları operativ şəkildə cavablandırılıb.

Qeyd edək ki, bu ilin birinci yarısında ötən illə müqayisədə 100 müraciət daha çox olub.