Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Məşhur ermənilərin yaxın keçmişdəki etirafları


1. Erməni ədəbiyyatının banisi və klassiki (X1X əsr) Xaçatur Abovyan ( «Ermənistanın yaraları»):

«Bizim dilə Azərbaycan dili o qədər daxil olub ki, nəğmələr, şerlər, atalar sözü türk dilində səslənir»

«Bayatıları o məqsədlə yazmışam ki, məclisdə, çörək üstə türklərin (Azərbaycanlıların) dediyi belə şeyləri qoy ermənilər də ermənisayağı desinlər, az-çox dilləri şirinləşsin».

«Türkü lənətə gəlsin, amma onun dili (tanrı) xeyir-duası görmüşdür ». ...«Hər hansı bir təntənəli toplantı və ya toyda türkcə (türk mahnılarını) oxuyurlar».

Qeyd: X.Abovyan özünün məşhur «Ermənistanın yaraları romanında 100-dən artıq Azərbaycan sözləri, məsələn, «plov», «çalma», «qara-papax», «xurcun», «təndir» və çoxlu sayda Azərbaycan atalar sözləri işlətmişdir.

2. Qazaros Ağayan(şair, yazıçı):

«Erməni xalqı və aşıqları türkcə öyrənməkdə və bu dildə danışmaqda heç bir çətinlik çəkməmişdilər. Bu dil sanki erməni üçün doğma dildir..... Türkcə nəğmə deməyin bir səbəbi də bu dilin erməni üçün asan olmasıdır».

3. Palasanyan («Erməni təranələri») (X1X əsrin ədəbiyyatşünası): «Bizim havaların havası müxtəlifdir. Tacikistanda-tacik, Gürcüstanda-gürcü və s. .....».

4. Terteryan. Ermənistan EA akademiki.

(«Abovyanın yaradıcılığı»)

«...ermənilər söz-söhbətlərində, danışıq zamanında həmişə Azərbaycan atalar sözü və zərb məsəllərinə müraciət etmişlər».

5. Brutyan: «Ən məşhur erməni muğam ifaçıları Bakı və Şuşadan çıxıblar».

6. Nalbandyan: Erməni aşıqlarını ancaq «erməni ailəsində doğulduqları üçün erməni adlandırmaq olar... Bizim istifadə etdiyimiz alətlərin adları da türkcədir- saz, səntur, kaman...

7. Manuq Abeğyan, Ədəbiyyatşünas ( «Xalq nəğmələri»):

« ...Bədbəxtlikdən görürük ki, bizim dilimiz çoxmənalı sözlərdən kasıbdır, eyni məna daşıyan ifadələr olduqca az miqdardadır, elə bunun üçün də özümüzə tanış olan türkcəyə (Azərbaycancaya) müraciət edirik».