Kreativliyi pula çevirmək postneft dövründə aktualdır
17 Mart 2016 16:40
http://www.cbc.az/az/video/all-videos/kreativliyi-pula-chevirmek-postneft-dovrunde-aktualdir/
Tezliklə Azərbaycanda kreativ sənayenin iqtisadiyyatda payının hesablanması və əqli mülkiyyət aktivlərinin qiymətləndirilməsi qaydaları təsdiqlənəcək. Bundan əlavə ölkədə ÜDM-də kreativ iqtisadiyyatın rolunun artırılması sahəsində 2016-18-ci illər üçün dövlət proqramı hazırlanır. Kteativ iqtisadiyyat kreativliyi pula çevirmək deməkdir və bu, postneft dövründə Azərbaycan üçün olduqca aktualdır.
"Kreativ sənayelərdən faydalanaq-kreativlik və milli inkişaf˝ mövzusunda keçirilən beynəlxalq seminarda bildirdildi ki, kreativ sənaye keçid iqtisadiyyatı dövrü yaşayan və inkişaf etməkdə olan ölkələrdə xüsusilə səmərəlidir. Onun mahiyyəti müəlliflik hüququ və əlaqəli hüquqlara əsaslanan istehsalı stimullaşdırmaqdır. Dünya əqli mülkiyyət təşkilatı 47 ölkədə bu sahədə tədqiqat aparıb və məlum olub ki, onların çoxu oz kreativ potensialından yetərincə yararalana bilmir. Azərbaycanda da bu sahədə güclü potensial var. Kreativ iqtisadiyyatın inkişafı 3 il əvvəl təsdiq edilən Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına da daxil edilib. Sənəddə nəzərdə tutulur ki, kreativ iqtisaidyyatnın ÜDM-də payının artırılmasına dair monitoqinqlər aparılsın.
Kreativ sənayedə ÜDM-ə tövhə verə biləcək başlıca bir neçə sahə var- onların sırasında teleradio, film, foto, nəşriyat, reklam və digər istiqamətləri saymaq olar. Amma ən çox inkişaf edəni və gəlir gətirəni reklamdır. Dünya əqli mülkiyyət təşkilatının əsas məqsədlərindən biri budur ki, kreativ sənayenin inkişafında katalizator rolu oynasın və üzv ölkələrin potensialını beynəlxalq səviyyəyə qaldırmağa dəstək versin.
DÜNYA ƏQLİ MÜLKİYYƏT TƏŞKİLATININ ŞÖBƏ MÜDİRİ DİMİTER QANTÇEV: "Biz bu sahədə mövcud olan beynəlxalq təcrübəni sizinlə bölüşəcəyik. Ən önəmisi də, biz əqli mülkiyyət və müəllif hüquqları sahəsində əməkdaşlığımızı davam etdirməyə çalışacağıq. Və üzrəində işləyəcəyimiz birgə layihələri müzakirə edəcəyik ki, yaradıcılıq sənayesini iqtisadiyyata daha necə daha səmərəli şəkildə yönəltmək mümkündür".
Kreativ iqtisadiyyat ifadəsini ilk dəfə 2000-ci ildə Biznes veek jurnalı işlədib. Sonra amerikalı analitik Jon Hopkins bunu təhlil edib və onun fikrincə kreativ iqtisadiyyat 15 sahəni ozündə birləşdirir. Bunların əksəriyyəti mədəniyyət sahəsi olsa da mahiyyəti kreativliyin iqtisadiyyata tətbiqindən ibarətdir. Kreativ sənayenin dünyaya verdiyi tövhələr göz önündədir. Yamaykada kreativ sənayeyə sərmayə yatrıılması nəticəsində 6 dəfə çox, Sinqapurda isə 8 dəfə çox iş yeri açılıb. Çində kreativ sənaye hesabına ölkə iqtisadiyyatına 85 milyard dollar gəlir gəlib
Kreativ iqtisadiyyat yaradıcılıq fəaliyyəti ilə bağlı məhsil və xidmətləri yayan, istehsal və istehlak edən sektordur.Azərbaycanda Mövcud iqtisadi şəraitdə kreativliyə nail olunarsa, bu iqtisadiyyatın inkişafına səbəb olacaqmı? Kreativ sənaye üçün hansı infrastruktur qurulmalıdır? Mütəxəsisləri məhz bu suallar düşündürür. Cünki bu sahənin inkaşafına təkcə dövlət orqanları deyil, həm də cəmiyyət hazır olmalı, əqli mülkiyyətin qorunması yüksək səviyyəyə çatdırılmalı və piratçılığın qarşısı alınmalıdır. Buna görə də əqli mükiyyətin kreativliklə birbaşa əlaqəsi var. Üstəlik kreativ iqtisadiyyat innovativliklə sıx bağlıdır. Bu anlayışlar eyni mənanı ifadə etmir, lakin hər ikisi biliyə əsaslanan sahələrdir. Ona görə də artıq kreativ innovasiyalı iqtisadiyyat termini yaranıb.