Koreya Respublikasının Seul şəhərində Müəllif hüquqlarının təminatı üzrə regionlararası konfrans keçirilmişdir
http://www.supremecourt.gov.az/post/view/761
2015-ci ilin 14-18 sentyabr tarixlərində Koreya Respublikasının Seul şəhərində Ümümdünya Əqli Mülkiyyət Təşkilatı ilə Koreya Mədəniyyət, İdman və Turizm Nazirliyi və Koreya Müəllif Hüquqları Komissiyasının birgə əməkdaşlığı ilə Müəllif hüquqlarının təminatı üzrə regionlararası konfransda Azərbaycan Respublikası Ali Məhkəməsinin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Əli-İsa Dadaşov və Müəllif Hüquqları Agentliyinin Aparatının rəhbəri Fuad Kərimov iştirak etmişdilər.
On ölkədən müəllif hüquqları, həmçinin müəllif hüquqlarının təminatı sahəsi ilə bağlı orqanlardan dəvət olunmuş iştirakçılar ölkələrinin sosial, iqtisadi və mədəni inkişafında müəllif hüquqlarının qorunması və təminatının rolunun dəyərləndirilməsi; pozulmuş müəlliflik hüquqlarının müdafiəsi üçün məhkəmələrə müraciətlər; rəqəmli mühitdə müəllif hüququnun təminatı ilə bağlı tədbirlər; müəlliflik hüququna hörmətin artırılması məqsədi ilə səmərəli əməkdaşlıq üçün milli və transmilli strategiyaların müəyyən edilməsi və s. məsələləri müzakirə etmişdilər.
Ali Məhkəmənin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Əli-İsa Dadaşov “Milli səviyyədə təcrübə: Müəllif hüququnun tətbiqində problemlər və prespektivlər” mövzusunda çıxış etmiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışdılar.