Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Kamran İmanov: Yaxın vaxtlarda Azərbaycanda “pirat”ların fəaliyyətinə son qoyulacaqdır


4-7-2014

 

AzərTAc 

“Piratlıq” – müasir dünyada ən böyük problemlərdən biridir. Azərbaycan müəllif hüquqlarının müdafiəsi uğrunda mübarizəyə başlamış ilk dövlətlərdən biridir. “Piratlığa” qarşı mübarizəyə yönəlmiş çoxsaylı qanunlar qəbul edilmişdir. Biz bu cür cinayətlərin qarşısını almaq üçün bir sıra tədbirlər görürük, “pirat”lara ən ciddi cəza tədbirləri tətbiq edilir. Məhz bu səbəbdən ölkəmizdə “piratlığın” səviyyəsi çox aşağıdır. Əminəm ki, yaxın gələcəkdə Azərbaycanda “pirat”ların fəaliyyətinə son qoyulacaqdır.
Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov bu barədə jurnalistlərə müsahibəsində məlumat vermişdir. O qeyd etmişdir ki, “Mədəniyyət və rəqəmsal mübadilə üzrə birinci platforma - Bakı konfransı”nın keçirilməsi müəllif hüquqlarının müdafiəsi uğrunda mübarizədə böyük rol oynayır. Azərbaycanda bu sahədə iş ilbəil güclənir