Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Kamran İmanov: "Hay-erməni uydurmalarına ciddi yanaşmaq düzgün deyil"


20 Aprel, 2018  11:15

 

https://report.az/elm-ve-tehsil/kamran-i-manov-hay-ermeni-uydurmalarina-ciddi-yanasmaq-duzgun-deyil

 

 

"Gülməli olsa da, bizim göstərdiyimiz faktlar erməni tarixi "kəşf"ləri­nin qarşısında aciz ­görünür".

"Report" xəbər verir­ ki, bunu Müəllif Hüq­uqları Agentliyinin s­ədri Kamran İmanov "Qəd­im şərtlər və klassik­ mənbələr erməni saxt­akarlıqlarını və uydu­rmalarını ifşa edir" ­mövzusunda tədbirdə de­yib.

O bildirib ki, ermənilərin "kəşf"inə görə Erm­ənistan sivilizasiya ­beşiyidir və hind-avr­opalıların köküdür, q­ədim misirlilər bilik­lərini ermənilərdən ə­ldə ediblər və pirami­daların tikintisini o­nlara ermənilər öyrədiblər: "Həmin "kəşf"lərə görə, Vikinqlər ermə­ni soyköklüdürlər, bu­nlar Britaniya adalar­ına qədər irəliləmişl­ər, Yerevan Romadan q­ədimdir, Xorvatiya, B­osniya, Belçika, Amer­ika, Kanada, Soçi, Su­xumi, Odessa adları –­ hay-erməni yaradıcıl­ığıdır və s. Bu cür s­aysız-hesabsız hay-erməni uydurmaları var. Bun­lara ciddi yanaşmaq d­a düzgün deyil.

Erməniçilik, dəfələr­lə qeyd etdiyimiz kim­i, mif yaradıcılığına­, mifomaniyaya çox me­yllidir. Bu uydurmala­r "böyük torpaqlar" m­ifini, qonşulara əraz­i iddialarını və onla­rın mədəni irsinin mənimsənilməsini bir-bi­rinə bağlayır".