Kamran İmanov: "Ermənilərin mənimsəmə cəhdləri mədəniyyətlərarası inteqrasiya prosesi deyil"
http://www.apa.az/medeniyyet-xeberleri/medeniyyet-siyaseti/kamran-imanov-ermenilerin-menimseme-cehdleri-medeniyyetlerarasi-inteqrasiya-prosesi-deyil.html
04 Aprel 2017 / 11:06
"Bu gün ermənilər tərəfindən türk xalqlarına, xüsusilə də azərbaycanlılara, digər qonşulara qarşı folklorun, xalq musiqisinin, mətbəx nümunələrinin, xalçaların, rəqslərin, eləcə də musiqi alətlərinin məqsədli şəkildə mənimsənilməsi cəhdləri heç də mədəniyyətlərarası inteqrasiya prosesinin təzahürü deyil".
APA-nın məlumatına görə, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov "Azərbaycan milli musiqi alətləri: keçmişimiz-bu günümüz" elmi-praktiki konfransında deyib.
Agentlik sədri qeyd edib ki, belə səylərin arxasında siyasi maraqların dayanması birmənalıdır: "Məqsəd azərbaycanlılara məxsus olan maddi və qeyri-maddi irsi, folklor nümunələrini özününküləşdirməklə ermənilərin guya Qafqaz regionunun "ən qədim, köklü sakinləri" olması haqda beynəlxalq ictimaiyyətdə saxta rəy yaratmağa xidmət edir. Erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx əlaqədədir. Halbuki ermənilərin bu gün mənimsəmək istədikləri tar, kamança, balaban, zurna, ud kimi Azərbaycan və Şərq musiqi alətləri onların cənubi Qafqazda məskunlaşmasından çox əvvəl yaranıb".
K. İmanov əlavə edib ki, hazırda 18 musiqi aləti qeydiyyatdan keçərək onlara şəhadətnamə verilib.