Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Kamran İmanov: "Erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx bağlıdır"


4 Aprel, 2017  11:24

 

REPORT.AZ/ 

 

 

"Erməni plagiatının kökləri ərazi iddiaları ilə sıx bağlıdır.Halbuki ermənilərin bu gün mənimsəmək istədikləri tar, kamança, balaban, zurna, ud kimi Azərbaycan şərq musiqi alətləri onların Cənubi Qafqazda məskunlaşmasından çox əvvəl yaranıb".

"Report" xəbər verir ki, bunu Müəllif Hüquqları Agentliyinin direktoru Kamran İmanov "Azərbaycan milli musiqi alətləri: keçmişimiz, bu günümüz" adlı elmi-praktiki konfransda deyib.

Onun sözlərinə görə, ermənilər hazırda türk xalqlarına, xüsusilə də azərbaycanlılara, digər qonşulara məxsus folkloru, xalq musiqisini, mətbəx nümunələrini, xalçaları, rəqsləri, eləcə də musiqi alətlərini məqsədli şəkildə mənimsəmək istəyirlər: "Ermənilərin belə cəhdləri heç də mədəniyyətlərarası inteqrasiya prosesinin təzahürü deyil".

K.İmanov bildirib ki, ermənilərin belə səylərinin arxasında siyasi maraqlar dayanır: "Məqsəd azərbaycanlılara məxsus olan maddi və qeyri-maddi irsin folklor nümunələrini özününküləşdirməklə ermənilərin guya Qafqaz regionunun "ən qədim" köklü sakinləri olmasını beynəlxalq ictimaiyyətə çatdırmaqdır. Amma bu tamamilə saxta yanaşmadır. Əcdadlarımızın bizə vəsiyyət etdiyi zəngin irsin mənimsəmə səylərindən müdafiəsi məsələsi maddi-mənəvi dəyərlərin qorunması çərçivəsindən çıxaraq sırf siyasi hüquqi problemə çevrilib.Odur ki, maddi-mənəvi dəyərlərimizin, qədim mədəniyyət nümunələrimizin mənimsənilməsi faktları qloballaşma prosesini müşahidə edən zərərsiz plagiat cəhdləri kimi qiymətləndirilməməlidir".

O bildirib ki, hazırda Müəllif Hüquqları Agentliyində 18 musiqi aləti qeydiyyatdan keçirilib və onlara şəhadətnamə verilib.

 

Samirə Abdullayeva