Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti


01.06.2017      00:36

 

http://www.baki-xeber.com/sosial/61934.html

 

 

Möv­zu­ya keç­məz­dən ön­cə əq­li mül­kiy­yət an­la­yı­şı­na ay­dın­lıq gə­ti­rək. Nə­dir əq­li mül­kiy­yət? Bu, ge­niş an­lam­da mü­əl­li­fin in­tel­lek­tu­al fəa­iy­yə­ti­nin məh­su­lu üzə­rin­də müs­təs­na  hü­qu­qu olub, bir növ onun öz əsə­ri üzə­rin­də mo­no­po­li­ya­sı­nı təş­kil edir. Mü­va­fiq qa­nu­na gö­rə, əq­li mül­kiy­yət sa­yı­lan hər han­sı mu­si­qi və ya bə­dii əsə­rin, ya­xud han­sı­sa sa­hə­də ix­ti­ra­nın mü­əl­li­fi hə­min əsə­ri üzə­rin­də mül­kiy­yət hü­qu­qu­nu özün­də sax­la­yır və on­dan ikin­ci şəxs­lə­rin is­ti­fa­də­si yal­nız mü­əl­li­fin ra­zı­lı­ğı əsa­sın­da müm­kün­dür.

Azər­bay­can Res­pub­li­ka­sı Kons­ti­tu­si­ya­sı­nın 30-cu mad­də­sin­də də gös­tə­ri­li­ir ki, "Hər kə­sin əq­li mül­kiy­yət hü­qu­qu var­dır və mü­əl­lif­lik hü­qu­qu qa­nun­la qo­ru­nur". La­kin bu­na bax­ma­ya­raq, son il­lər­də İn­ter­ne­tin in­san­la­ra ya­rat­dı­ğı uni­kal im­kan­lar, tə­əs­süf ki, baş­qa­sı­nın "əm­la­kı" he­sab olu­nan əq­li mül­kiy­yət nü­mu­nə­lə­ri­nə əl­ça­tan­lı­ğı tə­min et­mək­lə on­la­rın qa­nun­suz is­ti­fa­də­si­nə ge­niş şə­ra­it ya­ra­dıb. Elə son il­lər pla­gi­at sö­zü­nün lek­si­ko­nu­muz­da get­dik­cə da­ha çox səs­lən­mə­si bu de­yi­lən­lə­rin re­al təs­di­qi sa­yı­la bi­lər. Əs­lin­də ya­ra­dı­cı in­san­lar hər bir dövr­də be­lə hal­lar­la üz­lə­şib. Bə­zi hal­lar­da isə mü­əl­lif dün­ya­sı­nı də­yiş­dik­dən son­ra onun əsər­lə­ri mə­nim­sən­mə­lə­rə mə­ruz qa­lıb ki, çox za­man araş­dır­ma­çı­lar mü­ba­hi­sə­li əsə­rin əsl sa­hi­bi­nin təs­diq­lən­mə­si üçün il­lə­ri­ni xərc­lə­mi­li olub, hət­ta bir çox hal­lar­da bu əsər­lə­rin mü­əl­li­fi­nin kim­li­yi so­na qə­dər mü­ba­hi­sə­li ola­raq qa­lıb. De­dik­lə­ri­mi­zə mi­sal ki­mi bö­yük rus ya­zı­çı­sı Mi­xa­il Şo­lo­xo­vun məş­hur "Sa­kit Don" ro­ma­nı­nı gös­tə­rə bi­lə­rik. Yə­qin or­ta nəs­lin xa­ti­rin­də­dir ki, uzun il­lər məhz sö­zü­ge­dən ya­zı­çı­nın tə­xəy­yül məh­su­lu ki­mi qə­bul olu­nan bu əsə­rin Şo­lo­xo­vun ölü­mün­dən son­ra gu­ya "əsl mü­əl­li­fi" or­ta­ya çıx­dı. Bil­di­ril­di ki, əsə­rin mo­tiv­lə­ri Şo­lo­xo­vun cəb­hə yol­da­şı tə­rə­fin­dən qə­lə­mə alı­nıb və əs­gər dö­yüş­də hə­ya­tı­nı iti­rən­dən son­ra gün­də­li­yi Mi­xa­il Şo­lo­xov­da qal­dı­ğın­dan, hə­min mo­tiv­lər əsa­sın­da o, "Sa­kit Don" ro­ma­nı­nı ya­zıb. Bu fi­kir­də olan­lar öz möv­qe­yi­ni onun­la əsas­lan­dır­ma­ğa ça­lı­şır­dı ki, Şo­lo­xov be­lə gö­zəl ya­zı­çı idi­sə, ni­yə onun bun­dan baş­qa heç bir əsə­ri oxu­cu­la­ra ta­nış de­yil? Tə­bii, bu su­al­da da mən­tiq yox de­yil, la­kin in­sa­nın bü­tün öm­rü bo­yu yal­nız bir şe­devr ya­ra­da bi­lə­cə­yi də is­tis­na olun­ma­ma­lı­dır. Təx­mi­nən ey­ni hal məş­hur "Əli və Ni­no" əsə­ri ət­ra­fın­da da ya­şan­dı. Bir qi­sim ədə­biy­yat ada­mı bu əsə­rin Yu­sif Və­zir Çə­mən­zə­min­li­yə aid ol­du­ğu­na əmin ol­sa da, əsə­rin xa­ric­də Qur­ban Sə­id im­za­sı ilə çap olun­ma­sı be­lə bir ad­da mü­əl­li­fin hə­qi­qə­tən möv­cud­lu­ğu və sö­zü­ge­dən əsə­rin məhz ona aid ol­du­ğu ba­rə­də şüb­hə­lər or­ta­ya çı­xar­dı ki, bu mü­ba­hi­sə­nin tam həl­li­ni tap­dı­ğı­nı de­mək hə­lə də müm­kün de­yil.

Pla­gi­at­lı­ğın ya­şı bə­şə­riy­yə­tin ya­şı qə­dər­dir...

Ümu­miy­yət­lə isə, pla­gi­at­lı­ğın az qa­la bə­şər ta­ri­xi qə­dər ya­şı var. Çün­ki in­san var ol­du­ğu an­dan özü­nün hə­yat və məi­şə­ti­ni yax­şı­laş­dı­ra bi­lən nəs­nə­lə­rin ax­ta­rı­şın­da olub və za­man-za­man döv­rü­nə gö­rə mü­əy­yən ix­ti­ra­lar edib. İb­ti­dai in­sa­nın əmək və ov alət­lə­ri ki­mi xır­da ix­ti­ra­la­rı ilə baş­la­yan bu pro­ses son­ra­dan onun zöv­qü­nü ox­şa­ya bi­lə­cək nəğ­mə­lə­rin or­ta­ya çıx­ma­sı ilə da­vam edib. Be­lə ki, hə­lə qə­bi­lə döv­rün­də in­san­lar ov­qa­tı­nı bil­dir­mək üçün müx­tə­lif səs­lər çı­xa­rır, rit­mik hə­rə­kət­lər edir­di və be­lə­lik­lə də on­la­rın ilk "mu­si­qi əsər­lə­ri" ya­ra­nır­dı. Za­man keç­dik­cə isə bu qə­ri­bə səs­lər və hə­rə­kət­lər ci­la­la­nıb folk­lo­ra çev­ri­lir, be­lə­lik­lə də hə­min top­lu­mun qə­dim məi­şə­tin­dən so­raq ve­rən mə­nə­vi sər­və­ti­nə çev­ri­lir­di. Ma­raq­lı­dır ki, elə o il­kin dövr­lər­dən bu "əsər­lər­də" hər bir top­lu­mun özü­nə­məx­sus mil­li ko­lo­ri­ti boy gös­tə­rir və za­man keç­dik­cə onun mə­nə­vi sər­və­ti­nə çev­ri­lir­di. La­kin o dövr­lər­də top­lum­dan top­lu­ma "mə­də­niy­yət trans­fe­ri" pla­gi­at­lıq sa­yıl­mır­dı. Çün­ki bu, mə­də­niy­yət­lə­rin çul­ğa­laş­ma­sı ilə bir mə­də­niy­yə­tin di­gə­rin­dən əla­və ştrix­lər əl­də edə­rək zən­gin­ləş­mə­si şək­lin­də baş ve­rir­di. Pla­gi­at isə fər­di şə­kil­də baş­qa­sı­nın ağ­lı­nın məh­su­lu­nu mə­nim­sə­mək de­mək­dir ki, gü­nü­müz­də bu hal­lar­dan az qa­la heç bir sa­hə xa­li de­yil. Əq­li mül­kiy­yə­tin bü­töv mil­lət tə­rə­fin­dən mə­nim­sən­mə­si­ni isə biz hər za­man əzə­li və əbə­di qon­şu­la­rı­mız olan er­mə­ni mil­lə­tin­dən gör­mü­şük və hə­lə də gör­mək­də­yik. Heç kə­sə sirr de­yil ki, on­lar mət­bə­xi­miz­dən tut­muş mu­si­qi­mi­zə, tor­pa­ğı­mız­dan tut­muş ta­ri­xi­mi­zə qə­dər bi­zim olan hər nəs­nə­yə əl uza­dıb­lar və bu pro­ses bu gün də da­vam edir. Bu­nun üçün isə er­mə­ni­lər ta­ri­xi sax­ta­laş­dır­maq­dan be­lə çə­kin­mir­lər. Elə on­la­rın az qa­la bü­tün bey­nəl­xalq və ya öl­kə miq­yas­lı təd­bir­lə­rin­də Azər­bay­can folk­lo­ru­nun in­ci­si sa­yı­lan "Sa­rı gə­lin" mah­nı­sın­dan is­ti­fa­də et­mə­si­ni xa­tır­la­maq ki­fa­yət­dir ki, de­di­yi­miz fi­kir­lər təs­di­qi­ni tap­sın. Əs­lin­də bu tə­əc­cüb­lü də de­yil, çün­ki bu xal­qın ma­hiy­yə­tin­də öz­gə­si­nə aid ola­nı mə­nim­sə­mək xis­lə­ti du­rur. Azər­bay­can Döv­lət Mü­əl­lif Hü­quq­la­rı Agent­li­yi­nin rəh­bə­ri Kam­ran İma­nov da ötən il elə Agent­li­yin təş­ki­lat­çı­lı­ğı ilə ke­çi­ri­lən "Azər­bay­ca­nın mul­ti­kul­tu­ral si­ya­sə­ti, əq­li mül­kiy­yət və er­mə­ni sax­ta­kar­lıq­la­rı" möv­zu­sun­da kon­frans­da Er­mə­nis­ta­nın mə­də­ni hü­quq­lar mo­de­li haq­da da­nı­şa­raq qeyd et­miş­di ki, Er­mə­nis­tan si­ya­sə­ti­nin sü­tun­la­rın­da si­ya­si mi­fo­lo­gi­ya, baş­qa xalq­la­rın tor­paq­la­rı­na, mə­də­ni ir­si­nə id­dia­lar, et­nik tə­miz­lə­mə və kse­no­fo­bi­ya du­rur, er­mə­ni­lə­rin "əzab­keş­li­yi", "müs­təs­na­lı­ğı" və "xü­su­si mis­si­ya­sı" təb­liğ olu­nur. K.İma­no­vun sö­zü­ge­dən fi­kir­lə­ri onun ötən il nəşr olu­nan "Əq­li mül­kiy­yət və in­san ka­pi­ta­lı" ad­lı fun­da­men­tal əsə­rin­də da­ha ge­niş şə­kil­də ifa­də­si­ni ta­pıb. Agent­lik səd­ri kon­frans­da onu da xü­su­si ola­raq bil­dir­miş­di ki, er­mə­ni sax­ta­kar­lıq­la­rı da­im if­şa olu­nub və if­şa olu­na­caq.

La­kin bu kon­teks­tdə söy­lə­dik­lə­ri­miz mə­nə­vi mə­sə­lə­lər­dir və hü­qu­qi ter­min­lə ifa­də et­sək, mil­li-mə­nə­vi sər­vət­lə­rin ta­lan­ma­sı de­mək­dir. La­kin bir də var, baş­qa­sı­na aid ix­ti­ra­la­rın, həm­çi­nin bə­dii ədə­biy­yat nü­mu­nə­lə­ri­nin, bəs­tə­lə­rin və s. fər­di şə­kil­də mə­nim­sə­ni­lə­rək öz adı­na çı­xıl­ma­sı ki, bu­nun ar­tıq həm də mad­di tə­rə­fi var. Yə­ni, tu­ta­lım, han­sı­sa bəs­tə­kar mah­nı ya­za­raq onu bir mü­ğən­ni­yə əmə­yi­nin məh­su­lu ki­mi sa­tır və on­dan qa­zanc əl­də edir. Son­ra­dan ikin­ci bir mü­ğən­ni hə­min mah­nı­nı özü­nün­kü­ləş­di­rə­rək klip çək­di­rir və bəs­tə­kar­dan bun­dan öt­rü nə ra­zı­lıq alır, nə də ona hər han­sı məb­ləğ ödə­yir. Bu hal­da həm bi­ri­nin san­bal­lı məb­ləğ ödə­yə­rək əl­də et­di­yi mu­si­qi əsə­ri­nin di­gə­ri­nə ha­va­yı ba­şa gəl­mə­si ki­mi so­si­al əda­lət­siz­lik ya­şa­nır, həm də bəs­tə­ka­rın mül­kiy­yət hü­qu­qu po­zu­lur. Dok­tor Ar­pad Boqş haq­lı ola­raq de­yir­di ki,"Bü­tün in­cə­sə­nət əsər­lə­ri və ix­ti­ra­lar in­san dü­ha­sın­dan ya­ra­nır. Bun­lar in­sa­nın la­yiq­li hə­ya­tı üçün tə­mi­nat mən­bə­yi­dir. İn­cə­sə­nət və ix­ti­ra­la­rın bü­tün növ­lə­ri­nin eti­bar­lı qo­run­ma­sı döv­lə­tin bor­cu­dur". Ha­zır­da Ümum­dün­ya Əq­li Mül­kiy­yət Təş­ki­la­tı­nın Ce­nev­rə­də yer­lə­şən mən­zil-qə­rar­ga­hı­nın gün­bə­zi­nə həkk olun­muş bu söz­lər mü­əl­lif hü­qu­qu­nun və əq­li mül­kiy­yə­tin qo­run­ma­sı üçün döv­lət tə­mi­na­tı­nın ol­ma­sı zə­ru­rə­ti­ni bu  bi­na­nın önün­dən ke­çən hər kə­sə xa­tır­la­dır...

Ümum­dün­ya Əq­li Mül­kiy­yət Təş­ki­la­tı han­sı zə­ru­rət­dən ya­ran­dı...

Ümüm­dün­ya Əq­li Mül­kiy­yət Təş­ki­la­tı BMT-nin ix­ti­sas­laş­dı­rıl­mış hö­ku­mət­lə­ra­ra­sı bey­nəl­xalq təş­ki­la­tı ola­raq 4 iyul 1967-ci il ta­rix­də tə­sis edi­lib. Stok­holm kon­ven­si­ya­sı­na uy­ğun ola­raq ya­ra­dı­lan ÜƏMT Ce­nev­rə şə­hə­rin­də yer­lə­şir. Tər­ki­bin­də 189 döv­lə­ti bir­ləş­di­rən təş­ki­la­ta Azər­bay­can 1995-ci il­də üzv olub. Azər­bay­ca­nın özün­də isə Mü­əl­lif Hü­quq­la­rı Agent­li­yi bu sa­hə­də ilk ix­ti­sas­laş­mış mər­kə­zi ic­ra ha­ki­miy­yə­ti or­qa­nı sta­tu­sun­da mər­hum pre­zi­dent Hey­dər Əli­ye­vin tə­şəb­bü­sü ilə 1993-cü il­də ya­ra­dı­lıb. Da­ha son­ra bu sa­hə­nin hü­qu­qi ba­za­sı ola­raq, 1996-cı il­də müs­tə­qil Azər­bay­ca­nın əq­li mül­kiy­yət sa­hə­sin­də "Mü­əl­lif­lik hü­qu­qu və əla­qə­li hü­quq­lar haq­qın­da" ilk Qa­nu­nu, 2002-ci il­də "İn­teq­ral sxem to­po­lo­gi­ya­la­rı­nın hü­qu­qi qo­run­ma­sı haq­qın­da" Qa­nun qə­bul edi­lib. Ha­zır­da Agent­li­yin in­zi­ba­ti ida­rə­çi­li­yi 5 qa­nu­na əsas­la­nır ki, bun­lar sa­da­la­dıq­la­rı­mız­dan əla­və "Mə­lu­mat top­lu­la­rı­nın hü­qu­qi qo­run­ma­sı haq­qın­da", "Azər­bay­can folk­lo­ru nü­mu­nə­lə­ri­nin hü­qu­qi qo­run­ma­sı haq­qın­da", "Əq­li mül­kiy­yət hü­quq­la­rı­nın tə­mi­na­tı və pi­rat­çı­lı­ğa qar­şı mü­ba­ri­zə haq­qın­da" qa­nun­lar­dır.

2006-cı il­də Azər­bay­can ABŞ-ın mü­əl­lif hü­quq­la­rı­nı po­zan öl­kə­lər si­ya­hı­sın­dan çı­xa­rı­la­raq, öl­kə­də hü­quq­la­rın ida­rə edil­mə­si rə­qəm­sal sis­te­mi və elek­tron xid­mət­lər ya­ra­dı­lıb. Bu is­ti­qa­mət­də gö­rü­lən iş­lə­rin da­va­mı ola­raq  mü­əl­lif­lik hü­qu­qu və di­gər əq­li mül­kiy­yət hü­quq­la­rı sa­hə­si­nin in­ki­şa­fı­na da­ir Uzun­müd­dət­li Mil­li Stra­te­gi­ya­nın ha­zır­lan­ma­sı isə Azər­bay­can­da mü­əl­lif hü­quq­la­rı­nın və əq­li mül­kiy­yə­tin qo­run­ma­sı işi­nə ve­ri­lən ən bö­yük qiy­mət sa­yı­la bi­lər. Da­ha bir önəm­li as­pekt isə Azər­bay­ca­nın Aİ ilə Tvin­ninq la­yi­hə­si hə­ya­ta ke­çir­mə­si­dir. Ey­ni za­man­da "Azər­bay­can 2020: gə­lə­cə­yə ba­xış" İn­ki­şaf Kon­sep­si­ya­sın­da da, bü­tün di­gər apa­rı­cı sa­hə­lər üz­rə ol­du­ğu ki­mi, mü­əl­lif­lik hü­qu­qu və di­gər əq­li mül­kiy­yət hü­quq­la­rı da prio­ri­tet is­ti­qa­mət ola­raq qə­bul edi­lib. Bu isə o de­mək­dir ki, Azər­bay­can hö­ku­mə­ti dün­ya­da­kı də­yi­şik­lik­lə­ri diq­qət­lə iz­lə­yir və bu sa­hə­də di­na­mik in­ki­şa­fı tə­min et­mək üçün za­man-za­man komp­leks təd­bir­lər hə­ya­ta ke­çi­rir.

Ye­ri gəl­miş­kən qeyd edək ki, Ümum­dün­ya Əq­li Mül­kiy­yət Təş­ki­la­tı­nin ida­rə­çi­li­yin­də 25 kon­ven­si­ya fəa­liy­yət gös­tə­rir ki, bun­lar sı­ra­sın­da 100 il­dən ar­tıq fəa­liy­yət­də olan 4 bey­nəl­xalq, sə­na­ye mül­kiy­yə­ti üz­rə 15, mü­əl­lif­lik hü­qu­qu ilə bağ­lı 9 mü­qa­vi­lə var. Əq­li mül­kiy­yə­tin is­ti­fa­də miq­ya­sı da diq­qət­çə­ki­ci­dir. Qu­ru­mun 2000-ci il üz­rə açıq­la­dı­ğı sta­tis­tik mə­lu­ma­ta gö­rə, dün­ya­da il ər­zin­də 1 mil­yon ad­da ki­tab nəşr olu­nur, 5 mi­nə qə­dər film çə­ki­lir və hər il 3 mil­yon­dan ar­tıq fo­noq­ram nüs­xə­si is­ti­fa­də­yə ve­ri­lir. Ha­zır­da 32 mil­yo­na ya­xın pa­tent sə­nə­di möv­cud­dur, 4 mil­yo­na ya­xın fəa­liy­yət­də olan pa­tent var və on­la­rın sı­ra­sı hər il təx­mi­nən 1 mil­yon ar­tır. Bun­lar­la ya­na­şı, son il­lər or­ta he­sab­la 250 min sə­na­ye nü­mu­nə­si qey­diy­yat­dan ke­çib ki, on­lar­dan fəa­liy­yət­də olan­la­rın ümu­mi sa­yı 1,5 mil­yo­nu ötüb. Fəa­liy­yət­də olan qey­diy­yat­lı əm­təə ni­şan­la­rı­nın ümu­mi sa­yı isə 8,5 mil­yo­nu ke­çib ki, on­la­rın il­lik qey­diy­ya­tı or­ta he­sab­la 1 mil­yon­dan ar­tıq­dır... Elə bu sta­tis­ti­ka­ya nə­zər sal­maq ki­fa­yət­dir ki, sö­zü­ge­dən sa­hə­nin önə­mi­ni tə­səv­vür et­mək müm­kün ol­sun.

İq­ti­sa­diy­yat­da əq­li mül­kiy­yə­tin ar­tan ro­lu...

Bəl­li mə­sə­lə­dir ki, elm və tex­ni­ka­nın, yük­sək tex­no­lo­gi­ya­nın sü­rət­lə in­ki­şaf et­di­yi müa­sir döv­rü­müz­də ix­ti­ra və kəşf­lər art­dıq­ca, on­la­rın ya­ra­dı­cı­la­rı­nın mü­əl­lif­lik hü­quq­la­rı­nın qo­run­ma­sı mə­sə­lə­si də ak­tu­al­la­şır və bu sa­hə­nin da­im tək­mil­ləş­mə­si­ni tə­ləb edir. İq­ti­sa­diy­yat­da əq­li mül­kiy­yə­tin ar­tan ro­lu mü­əs­si­sə və təş­ki­lat­lar­da qey­ri-mad­di ak­tiv­lə­rin pa­yı­nın art­ma­sı­na, mad­di ak­tiv­lə­rin isə nis­bət pa­yı­nın azal­dıl­ma­sı­na gə­ti­rir. Be­lə­lik­lə, iq­ti­sa­di sub­yekt­lə­rin ak­tiv­lə­ri­nin yer­də­yiş­mə­si baş ve­rir ki, nə­ti­cə­də əq­li mül­kiy­yə­tin ən də­yər­li ak­tiv ki­mi kom­mer­si­ya əqd­lə­rin­də iş­ti­ra­kı ak­tiv­lər­də­ki əq­li mül­kiy­yət ob­yekt­lə­ri­nin də­yər­lən­di­ril­mə­si­ni tə­ləb edir. Məhz bu tə­lə­bin nə­ti­cə­si ola­raq Agent­lik­də əq­li mül­kiy­yət ak­tiv­lə­ri­nin də­yər­lən­di­ril­mə­si üz­rə "Biz­nes və əq­li mül­kiy­yət ob­yekt­lə­ri" ad­lı prak­ti­ki töv­si­yə­lər üz­rə sə­nəd ha­zır­la­nıb. Bu­nun isə çox bö­yük əhə­miy­yə­ti var, çün­ki son 20 il­də əq­li mül­kiy­yət fe­no­me­ni sü­rət­lə in­ki­şaf edə­rək, is­tər in­ves­ti­si­ya­la­rın ya­ra­dı­cı­lı­ğa və ye­ni­lik­çi­li­yə cəlb edil­mə­sin­də, is­tər­sə də bu in­tel­lek­tu­al məh­sul­la­rın ya­yıl­ma­sın­da ən va­cib amil ki­mi çı­xış edir. Üs­tə­lik, əq­li mül­kiy­yət iq­ti­sa­di ka­te­qo­ri­ya ki­mi də gö­zar­dı edil­mə­mə­li­dir. Məhz bu is­ti­qa­mət­də araş­dır­ma­lar­la mü­əy­yən edi­lib ki, əq­li mül­kiy­yət əm­lak də­yə­ri olan qey­ri-mad­di ne­mət­lər­dir. Üs­tə­lik, əq­li mül­kiy­yət iq­ti­sa­di mü­na­si­bət­lər­də fə­al iş­ti­rak edir, mü­va­fiq qa­nun­ve­ri­ci­lik isə bu hü­qu­qun sub­yek­ti olan mal və məh­sul­la­rın is­teh­sa­lı və ya­yıl­ma­sı ara­sın­da ta­raz­lıq ya­ra­dır. Nə­ti­cə­də iq­ti­sa­di ba­xım­dan əq­li mül­kiy­yət hü­quq­la­rı­nın qo­run­ma­sı bu sa­hə­yə ma­ra­ğın ar­tı­rıl­ma­sı­na və iq­ti­sa­diy­ya­tın ən gə­lir­li sa­hə­lə­rin­dən bi­ri olan in­no­va­si­ya­lar (nou-ha­u) ba­za­rı­nın for­ma­laş­ma­sı­na yol açır.

La­kin öl­kə­dən xa­ri­cə "be­yin axı­nı"nın sən­gi­mə­mə­si sö­zü­ge­dən sa­hə­də qa­nun­ve­ri­ci­li­yin hə­lə də tək­mil­ləş­di­ril­mə­li ol­du­ğu ger­çə­yi­ni or­ta­ya qo­yur. Ümid edək ki, döv­lə­ti­miz da­ha ne­çə Lüt­fi-Za­də­lə­ri­mi­zin yad öl­kə­lə­rin in­no­va­tiv ba­za­sı­nı zən­gin­ləş­dir­mə­si­nə və hə­min öl­kə­lə­rə di­vi­dend qa­zan­dır­ma­sı­na im­kan ver­mə­yə­rək, ye­ti­şən nəs­lin döv­lə­ti­mi­zə və döv­lət­çi­li­yi­mi­zə xid­mət et­mə­si is­ti­qa­mə­tin­də apar­dı­ğı si­ya­sə­tin prio­ri­tet is­ti­qa­mə­ti ki­mi mü­əl­lif hü­quq­la­rı­nın də­yər­lən­di­ril­mə­si mə­sə­lə­si­ni də hər za­man diq­qət­də sax­la­ya­caq.

 

 

Sa­mi­rə SƏ­FƏ­RO­VA

 

Ya­zı Azər­bay­can Res­pub­li­ka­sı Mü­əl­lif Hü­quq­la­rı Agent­li­yi və Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti ya­nın­da Küt­lə­vi İn­for­ma­si­ya Va­si­tə­lə­ri­nin İn­ki­şa­fı­na Döv­lət Dəs­tə­yi Fon­du­nun ke­çir­di­yi mü­sa­bi­qə­yə təq­dim et­mək üçün­dür.