Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Hansı hallarda elektron qeydiyyatdan imtina olunur?


Əsərin qeydiyyatı üçün göndərilən sənədlərdə çatışmazlıqlar (ərizə formasının düzgün doldurulmaması, əsərin elektron variantının göndərilməməsi, yaxud sənədlərin düzgün tərtib edilməməsi) aşkar edilərsə 5 iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə müəllifin elektron poçtuna bildiriş göndərilir. Göstərilən müddətdə müəllif tərəfindən çatışmazlıqlar aradan qaldırılmadıqda əsərin qeydiyyatından imtina edilir. Müəllif əsərin qeydiyyatı ilə bağlı aşkar olunan nöqsanları aradan qaldırdıqdan sonra yenidən “Elektron xidmətə” müraciət edə bilər.