Frensis Qarrinin Azərbaycana səfərinin təşkilinə görə minnətdarlıq məktubu
Azərbaycan Respublikasının
Əqli Mülkiyyət Agentliyinin
İdarə Heyətinin sədri
Cənab Kamran İmanova
18 iyun 2018-ci il
Hörmətli Sədr İmanov,
Hörmətli Kamran,
2018-ci ilin 4 – 6 iyununda Azərbaycan Respublikasına səfərimin təşkilinə kömək və dəstəyinizə görə Sizə səmimi təşəkkürümü bildirmək istəyirəm. Əla hazırlıqlar və səxavətli qonaqpərvərlik Bakıda ən məhsuldar və faydalı vaxta səbəb olmuşdur.
Bizim söhbətlərimiz Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinin nailiyyətləri barəsində məndə yaxşı təsəvvür yaratmağa imkan verdi, o cümlədən Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və Agentlik arasında əməkdaşlığın daha da genişləndirilə biləcəyi sahələri vurğuladı. Xüsusilə də, mən ÜƏMT-nın Azərbaycan Respublikasının işgüzar, elmi və təhsil dairələri ilə universitet və elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasətinin hazırlanmasına dəstək üçün əməkdaşlığa hazır olduğunu vurğulamaq istərdim.
Mən ÜƏMT və Azərbaycan Respublikası arasında əməkdaşlığın daha da möhkəmlənməsini səbirsizliklə gözləyirəm.
Ən səmimi arzularımla və hörmətlə,
Francis Gurry
Baş Direktor