Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar


26.01.2018

 

http://yeniazerbaycan.com/SonXeber_e28303_az.html

 

http://www.azerbaijan-news.az/index.php?mod=3&id=138663

 

 

Yanvarın 26-da Müəllif Hüquqları Agentliyi (MHA) və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) birgə elan etdikləri “İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıblar.

AZƏRTAC xəbər verir ki, tədbirdə rəsmi şəxslər, Milli Məclisin deputatları, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən MHA-nın sədri Kamran İmanov müasir Azərbaycan mediasının daha da püxtələşdiyini, peşəkarlığının artdığını, müsabiqəyə marağın böyük olduğunu vurğulayıb. Bildirilib ki, builki müsabiqə əqli mülkiyyət sahəsinin fəaliyyətinin, dayanaqlı inkişafının və şəffaflığının təmin olunması, Azərbaycan xalqına məxsus mədəni irsin qorunması, erməni plagiatçılığına qarşı mübarizə, müəlliflik hüququna və əlaqəli hüquqlara əsaslanan kreativ sənayenin müasir iqtisadiyyatda rolunun və əqli mülkiyyətin bilik və informasiya cəmiyyətinə təsirinin artırılması, o cümlədən bu sahədə hüquqi maarifləndirmənin genişləndirilməsi işinə kütləvi informasiya vasitələrinin cəlb edilməsi məqsədi daşıyıb.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli isə bildirib ki, müsabiqəyə 22 kütləvi informasiya vasitəsindən 35 yazı təqdim olunub. Yazılar ekspertlər tərəfindən qiymətləndirilib və qaliblər müəyyən edilib. Qiymətləndirmənin nəticələrinə əsasən, bir nəfər birinci yerə, iki nəfər ikinci yerə, üç nəfər üçüncü yerə, on nəfər isə həvəsləndirici mükafata layiq görülüb.