Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Əsəri dövlət qeydiyyatından keçirmək üçün hansı sənədlər təqdim olunmalıdır?


“Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 5(1)-ci maddəsinə əsasən müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Qanunvericiliyin müddəalarına uyğun olaraq müəllifi olduğunuz əsəri Agentlikdə (ünvan: Ü. Hacıbəyli 84, Hökumət evi, 5-ci giriş, 1-ci mərtəbə, 133-cü otaq) qeydiyyatdan keçirə bilərsiniz. Qeydiyyat üçün aşağıdakı sənədlər təqdim olunmalıdır: 1. Qeydiyyata təqdim olunan əsərin nüsxəsi; 2. Müəllifin şəxsiyyət vəsiqəsinin surəti; 3. Dövlət rüsumunun ödənilməsi barədə qəbz ("Kapital Bankın" filiallarından birində “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 18.62-1.1-ci maddəsinə əsasən 5 AZN dövlət rüsumu ödənilməlidir). Müəllif Agentliyə gəlmədən də əsərini elektron qaydada qeydiyyatdan keçirə bilər. Bunun üçün Müəllif Hüquqları Agentliyinin www.copag.gov.az saytının “Elektron xidmətlər” bölməsinə müraciət etməlidir. Elektron qeydiyyatla bağlı proseduralar həmin bölmədə ətraflı izah olunur.