Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Erməni oğurluqlarının mərhələləri


1. Azərbaycanın mədəni sərvətlərinin, irsimizin erməniləşdirməsi meyllərinin, erməni əqli oğurluqlarının kifayət qədər qədim tarixi vardır. Bunların kökündə ermənilərin Azərbaycana ərazi iddiaları durur. Çünki ərazi iddialarını əsaslandırmaq üçün torpağın əsil sahibinin maddi və qeyri-maddi (mənəvi) irsinə sahib çıxmaq lazımdır.

Erməniləşdirilmə xətti isə bir neçə mərhələ yolunu keçir, o cümlədən yiyələnmə (mənimsəmə), özününküləşdirmə və nəhayət erməniləşdirmə.

1.Özününküləşdirmək üçün ilk növbədə yiyələnmək, mənimsəmək lazımdır.

1.1. Bu məqsədlə Azərbaycan dilini bilən, heç də müvafiq istedaddan məhrum olmayan erməni ifaçıları, müğənniləri və s. Azərbaycan əsərlərini orijinalda qavrayıb, geniş şəkildə istifadə, ifa edirlər.

1.2. Daha sonra daha geniş erməni kütləsini (erməni əhalisini) yiyələnmə prosesinə cəlb etmək üçün Azərbaycan nümunələri erməni qrafikasında yazıya alınır.

1.3. Bundan sonra həmin nümunələr erməni dilinə tərcümə olunaraq, erməni əlamətləri qoşulur, maksimum dərəcədə erməni mühiti (obrazlar, personajlar, adlar, coğrafi məntəqələr və s.) yaradılmaqla Azərbaycan nümunələri təhrif olunur.

Beləliklə, yiyələnmə, mənimsəmə mərhələsi qarət edilmək, saxtalaşdırmaq, plagiat, təhrif olunmaqla müşayiət olunan geniş istifadə mərhələsidir, özü də bunlar yad olan əqli nəticələrin kütləvi erməni şüurunun özününkü kimi qəbul etməsinə və qavramasına yönəldilmişdir.

2. Bu özününküləşdirmə mərhələsidir.

Bir-iki nəsil keçəndən sonra, yəni kütləvi şüurda erməni versiyasının özünü təsbitindən sonra bu özününküləşdirmə mərhələsi əsaslandırılmalıdır, müvafiq «maddi» və «elmi» dəlil və sübutlar tapılmalıdır.

2.1. Bu məqsədlə özününküləşdirilmiş Azərbaycan orijinal nümunələri, onların dəyişdirilmiş erməni variantları maddi daşıyıcılara köçürülərkən, süni surətdə qədimləşdirilir, fond və arxivlərdə yerləşdirilir və son nəticədə müxtəlif xarici mənbələrdə erməni əqli istehsalı kimi təqdim (çap, dərc və s.) olunur.

2.2. Bununla bərabər, bunların təsdiqi üçün «elmi» tədqiqatlar, araşdırmalar aparılır və bunların erməni mənsubluğu, mənşəyi, qədimliyi barədə «elmi» əsərlər yazılır, «elmi» nəticələr çıxarılır.

Beləliklə bu mərhələ oğurluğu pərdələyən, «elmi» dayaqları formalaşdıran və «maddi» sübutlar yaradan özününküləşdirmə mərhələsidir.

3. Sonuncu mərhələ – erməniləşdirmə mərhələsidir.

3.1. Bu mərhələnin səciyyəvi xüsusiyyətləri artıq oğurlanmış (mənimsənilmiş, özünunküləşdirilmiş) nümunələr haqqında onun əsil sahibləri ilə diskussiyalar açmaq, artıq yaradılmış «dəlillər» və «araşdırmalara» istinad etməklə həmin nümunələrin erməni mənşəyini göstərmək, geniş informasiya təbliğatı vasitəsilə beynəlxalq ictimai və elmi rəyi çaşdırmaq, azdırmaqdan ibarətdir.

3.2. Bununla yanaşı yalançı, quraşdırılan «dəlil və araşdırmalara» əsaslanan yeni informasiya, o cümlədən «elmi» mənbələrin yaradılması və çoxaldılması prosesi təşkil edilir. Saxta kökündən çıxan, biri-birinə istinad edilən uydurma «dəlillər» ardıcıllığın yaradılmasıdır.

Beləliklə, bu mərhələ riyakarlıq, «fariseyçiliklə» müşayiət olunan, «oğru elə bağırdı ki, doğrunun az qala bağrı çatladı», «qara məni basınca, mən qaranı basım» prinsiplərə əsaslanan mərhələdir.

Nəticə: Budur «Böyük Ermənistan» və «dahi mədəniyyət» xülyası ilə yaşayan və əsrlər boyu həyata keçirilən erməni millətçiliyinin «xaç atalarının» çirkin məqsədləri.

Corc Malevilin dəqiq ifadəsini azacıq dəyişib işlətsək, erməni təbliğat maşınının marksist üsulları ilə bəhrələnməsi, tarixi öz xeyrinə yenidən yazması, özlərinə məxsus olan oğurluq məqsəd, istək və ənənələrinin əks tərəfin boynuna yıxmaq və oğurluq haqqında bar-bar bağırmaq.

Lakin indi zəmanə dəyişilib. Biz gündən-günə qüdrətlənən müstəqil hüquqi dövlət qururuq. Yaxşı bilirik ki, olanları təhrif edən, yalanı quraşdıran həqiqəti söyləməz. Çünki, bir yalan digərini doğurar. Özü də saxtakarlığı törədən təsadüf deyil, çirkin məqsəd və niyyətdir.