Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Beynəlxalq Əqli Mülkiyyət Günü 2017-ci il “İnnovasiya – həyatı təkmilləşdirir” Baş Direktor Frensis Qarrinin müraciəti


Bu günlərdə biz innovasiyayla bağlıxoş məramlı çox şey eşidirik. İnnovasiya bizim sosial və iqtisadi rifahımızın əsasında durur.

İnnovasiya və onun təmsil etdiyi texnoloji tərəqqi iqtisadi yüksəlişdə əhəmiyyətli rol oynayır və yeni, daha yaxşı iş yerləri üçün imkanlar açır.

Bu ilki Beynəlxalq Əqli Mülkiyyət Gününün mövzusu innovasiya və həyat səviyyəsinin yüksəldilməsidir. Bu günbiz həmçinin, innovasiya vasitəsilə müsbət dəyişikliklər gətirməyə risk edən bütün cəsarətli insanlarıtəqdir edirik.

Biz adətən innovasiyanın bizim həyat keyfiyyətimizi təkmilləşdirəcəyi yollar haqqında düşünməyə kifayət qədər vaxt sərf etmirik. Ancaq bu günkü həyatımızı 100 il əvvəlki həyatımızla müqayisə etməyimiz yetərlidir. Saysız-hesabsız yeni və təkmil texnologiyalar və avadanlıqlar sayəsində ötən bir əsr ərzində maddi həyatımız qeyri-adi dəyişikliyə uğramışdır. Virtual reallıq, süni zəka, 3D surətçıxarma, neyromorfik kompüter çipləri, nanotexnologiya, robotlar, gen tənzimləyici CRİSPR və s. kimi yeni qeyri-adi texnologiyaların ərsəyə gəlməsi, həmçinin bir çox yenilərinin hazırlanması ilə bundan sonrakı inkişaf yolu da çox parlaq görünür.

Soruşa bilərsiniz ki, əqli mülkiyyətin bütün bunlara nə dəxli var?

Əqli mülkiyyət uğurlu innovasiya sisteminin mühüm hissəsidir. O, iqtisadiyyata məhsullar və xidmətlər şəklində “yeniliklər” təqdim etmək üçün risk edənlərin mənfəət əldə etməsi üçün alət kimi çıxış edir. O, hər hansı bir ideyanın kommersiya baxımından məhsul, yaxud xidmətlər olaraq ərsəyə gəlməsi üçün keçməli olduğu çox çətin və ağır yol üçün çərçivə təmin edir.

Bu ilki Beynəlxalq Əqli Mülkiyyət Gününün mövzusu innovasiya və həyat səviyyəsinin yüksəldilməsidir. Bu günbiz həmçinin, innovasiya vasitəsilə müsbət dəyişikliklər gətirməyə risk edən bütün cəsarətli insanlarıtəqdir edirik.

Bu ilki kampaniya bir şey ixtira etmək üçün nə gərək olduğunu və bu proseslə bağlı çağırışlar haqqında düşünmək baxımından bizim üçün bir fürsətdir. Bu, həmçinin innovasiyanın bütün cəmiyyətin mənafeyinə xidmət edəcək hala gətirməyi düşünməyimiz üçün imkandır.

Hər birinizə xoşbəxt, məhsuldar və innovativ Büynəlxalq Əqli Mülkiyyət Günü arzu edirəm.