Bakıda “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunmuş konfrans keçirilib
21 Aprel 2015
Bakı. Cavid Zeynallı – APA.
Bakıda “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü”nə həsr olunmuş "Müəllif və riyakarlıq, kitab və yalan" mövzusunda konfrans keçirilib.
APA-nın məlumatına görə, konfransda TÜRKSOY-un baş katibi Düsen Kaseinov,Prezident Administrasiyasınэn ictimai-siyasi məsələlər єцbəsinin sektor mьdiri Fuad Axundov, mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev, təhsil nazirinin müavini Firidun Qurbanov, digər dövlət qurumlarının təmsilçiləri, millət vəkilləri, Türkiyədən gələn nümayəndələr və başqa qonaqlar iştirak ediblər.
Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov konfransın açılışında bildirib ki, 23 aprel – “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı tərəfindən elan edilmiş 26 aprel – “Beynəlxalq Əqli Mülkiyyət Günü” Azərbaycanda geniş şəkildə qeyd olunur.
K. İmanovun sözlərinə görə, tədbirin mövzusu təsadüfi seçilməyib: “Burada əsas məqsəd erməni yalanlarını ifşa etməkdir. Ermənilər yalanlarla tarixi saxtalaşdırır. Bu cür saxtakarlıq isə yolverilməzdir. Təbii ki, biz bu günə qədər mübarizə aparmışıq və bundan sonra da aparacağıq, bu yalanları ifşa etmişik və edəcəyik”.
Agentlik sədri əlavə edib ki, Azərbaycan müəllif hüquqları sahəsində dünyada nümunəvi ölkələrdən biri hesab olunur: “Son illərdə bu sahədə şahidi olduğumuz inkişafın nəticəsidir ki, Azərbaycan müəllif hüquqlarının vəziyyətinə görə MDB-də lider dövlətdir”.
Konfransda UNESCO-nun Azərbaycan Milli Komissiyasının katibi Günay Əfəndiyeva qurumun baş direktoru İrina Bokovanın müraciətini oxuyub.
Konfrans “Özü-özünü təkzib edən erməniçilik müəllif hüququ" və "Saxtakar tarixçi Xorenatsi müasir erməni saxtakarlarının təqdimatında" mövzularında məruzələrlə davam etdirilib.