Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Azərbaycanda satılan audio-video məhsulların 65 faizi plagiatdır


http://az.trend.az/azerbaijan/society/2717231.html

 

6 Fevral 2017 08:05

 

 

2016-cı ildə görülən tədbirlər nəticəsində 2005-ci illə müqayisədə Azərbaycanda piratçılığın səviyyəsi aşağı düşüb.

Trend-in məlumatına görə, bu barədə Müəllif Hüquqları Agentliyinin hesabatında deyilir.

Belə ki, piratçılığın səviyyəsi kitab satışı sahəsində 61 %-dən 29 %-ə, audio-video məhsul bazarında 90 %-dən 65 %-ə, proqram təminatında 96 %-dən 75 %-ə düşüb.

Hesabat ilində müəllif hüquqlarının təminatı və əqli mülkiyyət mədəniyyətinin formalaşdırılması məsələləri diqqət mərkəzində saxlanılıb, ölkəmizdə plagiata qarşı mübarizənin gücləndirilməsi və piratçılığın səviyyəsinin azaldılması istiqamətində müvafiq dövlət qurumları ilə əlaqəli tədbirlər görülüb.

Agentliyin 960 nömrəli “Qaynar xətt”i və ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası” il ərzində müəlliflərin və digər hüquq sahiblərinin istifadəsində olmuş, onların qaldırdıqları problemlərin həlli istiqamətində Agentliyin səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görülüb.