Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu ilə birgə keçirdikləri "İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıb


26.01.2018

 

 

Yanvarın 26-da Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu və Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin birgə keçirdikləri "İnformasiya cəmiyyətində müəlliflik və digər əqli mülkiyyət hüquqlarının mədəni, iqtisadi və hüquqi əhəmiyyəti" mövzusunda fərdi jurnalist yazıları müsabiqəsinin nəticələri açıqlanıb, qaliblər mükafatlandırılıblar.

Tədbirdə Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov, Fondun icraçı direktoru Vüqar Səfərli, Milli Məclisin deputatları, müxtəlif nazirlik və komitələrin məsul vəzifəli əməkdaşları, habelə ölkənin 20-dək aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri və mükafatlandırılan jurnalistlər iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov qonaqları salamlayaraq informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı dövründə müəlliflik və digər əqli mülkiyyət hüquqlarının qorunmasının xüsusi aktuallıq kəsb etdiyini vurğulayıb. Agentliyin İdarə Heyətinin sədri bildirib ki, "biliklər cəmiyyəti" mərhələsi texnologiyaların sıçrayışı və əhəmiyyətli texnoloji dəyişikliklərlə müşayiət olunur. K.İmanov qeyd edib ki, rəqəmli eranın nəticələri bütün sahələrdə yeni reallıq formalaşdıraraq yeni davranış qaydası və tələblər irəli sürüb: "Üstəlik, rəqəmli məkanda informasiya axını həndəsi proqressiya sürəti ilə artır, belə ki, hər gün 2,5 kvintilyon həcmində verilənlər artmaqdadır. Bu isə o deməkdir ki, dünya miqyasında verilənlərin 90 faizi yalnız son 2 ildə yaradılmışdır. Bütün bunlar istər jurnalistikaya, istərsə də əqli mülkiyyət sahəsinə, müəllif hüququna böyük təsir göstərir".

Kamran İmanov, həmçinin vurğulayıb ki, Azərbaycanın son illər iqtisadi sahədə böyük uğurlara imza atması, eləcə də qlobal reytinq göstəricilərinin yüksəlməsi əqli mülkiyyət və müəllif hüquqlarının qorunması sahəsinə də müsbət təsirini göstərir. Agentliyin İdarə Heyətinin sədri bunun nəticəsi olaraq respublikamızın Rəqabətqabiliyyətlilik İndeksinin "Əqli mülkiyyətin qorunması" alt göstərici üzrə 4,8 bal toplamasını və dünyada 37-ci yerdə qərarlaşmasını mühüm uğur kimi qiymətləndirib: "Bununla da Azərbaycan 2016-2017-ci illərlə müqayisədə "Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə tutduğu 71-ci yerdən 34 pillə yüksələrək, MDB ölkələri sırasında lider mövqeyində möhkəmlənib. Cənab Prezident İlham Əliyevin ölkədə apardığı institusional islahatlar nəticəsində Müəllif Hüquqları Agentliyi yeni statusla bugünkü konfransda iştirak edir. Agentlik dövlət başçısı tərəfindən təsis edilən, dövlət və ictimai əhəmiyyət kəsb edən, işçiləri dövlət qulluqçularına bərabər tutulan və mərkəzi icra hakimiyyəti orqanı statusunda təminatları olan, əqli mülkiyyət hüquqları sahəsinin inkişafını təmin edən, bu sahədə vahid tənzimlənməni və nəzarəti həyata keçirən və fəaliyyəti əlaqələndirən publik hüquqi şəxsdir".

K.İmanov son illər ölkə rəhbərliyinin yüksək diqqət və qayğısı ilə Agentliyin maddi-texniki və qanunverici-institusional bazasının möhkəmləndirilməsi sahəsində əldə olunmuş uğurlardan, eləcə də qarşıda duran vəzifələrdən söz açaraq bu nailiyyətlərin ölkə ictimaiyyətinə çatdırılmasında kütləvi informasiya vasitələrinin mühüm rolunu diqqətə çəkib. Fondla birgə keçirilmiş fərdi jurnalist yazıları müsabiqəsinin bu baxımdan xüsusi əhəmiyyətə malik olduğunu deyən K.İmanov müsabiqənin yekun nəticələri barədə danışmaq üçün sözü Fondun icraçı direktoru Vüqar Səfərliyə verib.

Tədbir iştirakçılarını salamlayan icraçı direktor Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun 2009-cu ildə ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı ilə yaradıldığını xatırladıb. İcraçı direktor Fondun ötən 9 ildə ölkədə fikir, söz və məlumat azadlıqlarının inkişaf etdirilməsinə, çap mediasının maddi-texniki bazasının möhkəmləndirilməsinə, jurnalistlərin peşəkarlığının və məsuliyyətinin artırılmasına, eləcə də sosial müdafiəsinin gücləndirilməsinə xidmət edən çoxsaylı layihələrin həyata keçirdiyini bildirib.

Azərbaycanda fikir, söz və mətbuat azadlıqlarının tam bərqərar olduğunu deyən Vüqar Səfərli Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Davos İqtisadi Forumunda bəzi qərəzli dairələrə tutarlı cavab verdiyini bildirib: "Möhtərəm Prezidentimiz Davos İqtisadi Forumundakı dərin məzmunlu çıxışında haqlı olaraq bildirdi ki, Azərbaycanda fikir, söz və məlumat azadlıqları yüksək səviyyədə qorunur, əhalinin 80 faizi internetdən istifadə edir. İnternet azadlığının tam mövcud olduğu bir dövlətdə mətbuat azadlığının məhdudlaşdırıldığını iddia etmək tamamilə qərəzli və əsassızdır".

Çıxışını davam etdirən Vüqar Səfərli mərkəzi və yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığın genişləndirilməsi məqsədinə xidmət edən tədbirlərin, eləcə də birgə fərdi yazı müsabiqələrinin təşkilinin Fondun fəaliyyətində prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. İcraçı direktor həmçinin bildirib ki, Müəllif Hüquqları Agentliyi ilə birgə keçirilmiş müsabiqə əqli mülkiyyət sahəsinin səmərəli fəaliyyətinin, dayanıqlı inkişafının və şəffaflığının təmin edilməsi, xalqımıza məxsus mədəni irsin qorunması, erməni plagiatçılığına qarşı mübarizənin gücləndirilməsi, o cümlədən ictimaiyyətin bu sahədə maarifləndirilməsi və jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılması baxımından əhəmiyyətlidir.

Vüqar Səfərli müsabiqəyə 22 kütləvi informasiya vasitəsindən 35 yazının təqdim edildiyini, yazıların Fondun 3, Müəllif Hüquqları Agentliyinin 1 nəfər eksperti tərəfindən qiymətləndirildiyini bildirib. İcraçı direktor ekspertlərin yekun qərarına əsasən, 6 nəfər jurnalistin əsas, 10 nəfər jurnalistin həvəsləndirici mükafata layiq görüldüyünü bildirib. İcraçı direktor, həmçinin Agentliyin rəhbərliyi ilə əldə olunmuş razılığa əsasən müsabiqədə iştirak edən, lakin yer tuta bilməyən media nümayəndələri üçün 100 manat məbləğində pul mükafatının nəzərdə tutulduğunu bildirib.

Tədbirdə çıxış edən Milli Məclisin Komitə sədri Siyavuş Novruzov müasir dövrdə əqli mülkiyyət və müəllif hüquqlarının qorunmasının Azərbaycanın milli təhlükəsizlik maraqlarının qorunması, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb. O, Agentliyin son illər bu sahədə intensiv fəaliyyət göstərərək ermənilərin xalqımızın maddi və mənəvi mədəniyyət nümunələrini, musiqisini özününküləşdirmək cəhdlərini dünya miqyasında ifşa etdiyini bildirib. S.Novruzov Azərbaycanda söz və mətbuat azadlıqlarının yüksək səviyyədə təmin olunduğunu bildirərək jurnalistləri dövlətçilik maraqlarını əsas tutaraq ölkəmizə qarşı qərəzli mövqe tutan yerli və xarici qüvvələrlə mübarizədə fəal olmağa çağırıb.

Azərbaycan Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov keçirilən birgə müsabiqənin jurnalistlərin əqli mülkiyyət hüquqlarının qorunması, onların bu sahədə maarifləndirilməsi baxımından vacibliyini diqqətə çəkib. Müsabiqədə qalib olmuş jurnalistləri təbrik edən Ə.Amaşov bildirib ki, keçirilən tədbir Agentliklə media təmsilçiləri arasında qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi baxımından da əhəmiyyətlidir.

Sonra müsabiqənin qaliblərinə diplom və mükafatlar təqdim edilib.

Tədbiri yekunlaşdıran Müəllif Hüquqları Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov birgə müsabiqənin təşkilinə və media ilə əməkdaşlığın genişləndirilməsindəki xidmətlərinə görə Fondun rəhbərliyinə təşəkkürünü bildirib, belə müştərək layihələrin gələcəkdə də davam etdiriləcəyini vurğulayıb.

 

Yerlər

Müəllifin adı

Müəllifin işlədiyi KİV

Orta bal

1.

I yer

Əliyev Vüqar Mükafat oğlu

"Mədəniyyət" qəzetinin redaktoru

20

2.

II yer

Qələndərov Nurlan Vəli oğlu

"Yeni Azərbaycan" qəzetinin müxbiri

19,6

3.

II yer

Bayramov Mübariz Ramiz oğlu

"Mövqe" qəzetinin müxbiri

19,3

4.

III yer

Kərimova Namidə Samid qızı

"Modern.az" İnformasiya Agentliyinin müxbiri

19

5.

III yer

Əliyeva Qaliya Sosialovna

"Kaspiy" qəzetinin şöbə müdiri

19

6.

III yer

Əliyeva Kifayət Cəbrayıl qızı

"The Business Times" qəzetinin müxbiri

18,6

7.

Həvəsləndirici

Quluyeva Zülfiyyə Telman qızı

"Mövqe.az" saytının müxbiri

18,3

8.

Həvəsləndirici

Məhərrəmova Təranə Sərdar qızı

"Kaspi" qəzetinin müxbiri

18

9.

Həvəsləndirici

Nəsirli Akif Sovet oğlu

"Paralel" qəzetinin baş redaktor müavini

18

10.

Həvəsləndirici

Şahməmmədov Taleh Engilis oğlu

"İki sahil" qəzetinin müxbiri

17,6

11.

Həvəsləndirici

Qurbanova Aysel Aslan qızı

"Şərq" qəzetinin müxbiri

17,6

12.

Həvəsləndirici

Həsənov İsgəndər Aqil oğlu

"525-ci qəzet"in redaktoru

17,6

13.

Həvəsləndirici

Xankişiyeva İlhamə Əbülfət qızı

"Teleqraf.com" İnformasiya Agentliyinin müxbiri

17,3

14.

Həvəsləndirici

Nəsibova Xanım Hopal qızı

"Kür" qəzetinin müxbiri

17,3

15.

Həvəsləndirici

Əliyev Azad Akif oğlu

"Həftə içi" qəzetinin baş redaktor müavini

17,3

16.

Həvəsləndirici

Cəlilova Günel İsa qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

17,3

17.

 

Nəsirov Rauf Yədulla oğlu

"Bakinskiy raboçiy" qəzetinin şöbə müdiri

17

18.

 

Zeynalov Cavid Aşur oğlu

"APA" İnformasiya Agentliyinin müxbiri

17

19.

 

Rzayeva Məlahət Əli qızı

"Şərq" qəzetinin müxbiri

17

20.

 

Cəfərov Müşfiq Mirzə oğlu

"Respublika" qəzetinin müxbiri

17

21.

 

Səfərova Samirə Məmmədhənifə qızı

"Bakı-Xəbər" qəzetinin baş redaktor müavini

17

22.

 

İmaməliyeva Tahirə Məmməd qızı

"Şərq" qəzetinin müxbiri

16,3

23.

 

Rəhimov Təbriz Kamal oğlu

"Həftə içi" qəzetinin redaktoru

16,3

24.

 

Bayramova Şəymən Elxan qızı

"Şərq" qəzetinin müxbiri

16,3

25.

 

Rəsulova İlhamə Loğman qızı

"Bizim Yol" qəzetinin müxbiri

16,3

26.

 

Məmmədli Səxavət Musa oğlu

"Həftə içi" qəzetinin müxbiri

16,3

27.

 

Bayramova Yeganə Sahib qızı

"Şərq" qəzetinin müxbiri

16

28.

 

Əliyev Seymur Telman oğlu

"Hürriyyət" qəzetinin müxbiri

16

29.

 

Hüseynova Mətanət Məhərrəm qızı

"İqtisadiyyat" qəzetinin müxbiri

16

30.

 

Abdullayev Ayyət Əhməd oğlu

"Şərq" qəzetinin müxbiri

16

31.

 

Sultan Rüfət Nadir oğlu

"Mövqe" qəzetinin müxbiri

16

32.

 

Tağıbəyli Vüsal Vaqif oğlu

"Həftə içi" qəzetinin müxbiri

16

33.

 

Əliyev Məhərrəm Ağalar oğlu

"İki sahil" qəzetinin müxbiri

15,6

34.

 

Sarıyeva İradə Murad qızı

"Bakı-Xəbər" qəzetinin müxbiri

15,6

35.

 

Qiyasova İradə Qurban qızı

"The Business Times" qəzetinin müxbiri

15,3