Azərbaycan əqli mülkiyyət sahəsində Cənubi Qafqazda ən qabaqcıl dövlətdir
04.04.2017, 19:51
Ölkəmizdə əqli mülkiyyət sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verilir
Hüquqi dövlətdə bütün hüquqlar kimi müəlliflik hüququ - əqli mülkiyyət hüququ da yüksək səviyyədə qorunmalıdır.Azərbaycanda da hüquqi dövlət quruculuğu inkişaf etdiyindən müəllif hüququnun qorunması məsələsi dövlətin diqqət mərkəzindədir.Müəlliflik hüququ - elm, ədəbiyyat və incəsənət əsəri müəlliflərinin hüquqlarını ifadə edən hüquqi termindir.Obyektiv mənada müəlliflik hüququ əsərlərin yaradılması və istifadəsi üzrə münasibətləri tənzimləyən hüquqi normaların məcmusudur.Əqli mülkiyyət hüquqları əqli fəaliyyətin nəticələrinin qorunması məqsədi ilə onların müəlliflərinə və hüquqi sahiblərinə verilən müstəsna hüquqlardır.Əqli mülkiyyət professional təcrübədə müəlliflik hüququ, əlaqəli hüquqlara, ənənəvi mədəniyyət nümunələri - folklor, inteqral sxem topologiyaları, məlumat toplularına olan hüquqlara, həmçinin özündə ilk növbədə patentləri, əmtəə nişanları və coğrafi göstəriciləri birləşdirən sənaye mülkiyyətinə olan hüquqlara bölünür.Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsinə əsasən, "Hər kəsin əqli mülkiyyət hüququ vardır.Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur".Müəlliflik hüququ əqli mülkiyyət sisteminin ən zəngin və geniş yayılmış əqli nəticələrinə - əsərlərə olan hüquqlardır.Onu da qeyd edək ki, dövlətin önəm verdiyi hüquqlardan biri də əqli mülkiyyət hüququdur.Əqli mülkiyyət hüququ da, əsas hüquq və azadlıqlardan sayılır.Qeyri-maddi mülkiyyətləri qorumaqla dövlət insan inkişafına və bununla da bütövlükdə cəmiyyətin inkişafına müvəffəq olur.Bu məqsədlə də Azərbaycanda 2005-ci ildə Müəllif Hüquqları Agentliyi yaradılıb. Hazırda Agentliyin isifadəsində "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında", "İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında", "Məlumat toplularının hüquqi qorunması haqqında", "Azərbaycan folkloru nümunələrinin hüquqi qorunması haqqında", "Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında" qanunlar var. Ölkəmizdə əqli mülkiyyət sahəsinin inkişafına və bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə dövlət tərəfindən xüsusi diqqət yetirilir. 1993-cü ilin ikinci yarısından başlayaraq, Azərbaycanda milli müəllif-hüquq institutunun yaradılmasına başlanılıb, 1995-ci ildə qəbul edilən Konstitusiyada ilk dəfə müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları təsbit olunub, 1996-cı ildə isə "Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında" Qanun qəbul edilib. Müəllif Hüquqları Agentliyi müəlliflik hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru nümunələrinə, inteqral sxem topologiyalarına və məlumat toplularına əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətini həyata keçirən, normativ-hüquqi tənzimlənməni, əqli mülkiyyət sahəsinin inkişafını təmin edən, bu sahədə fəaliyyəti əlaqələndirən mərkəzi icra hakimiyyəti orqanıdır.
Agentlik öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və öz Əsasnaməsini rəhbər tutur. Agentliyin əsas vəzifələri aşağıdakılardan ibarətdir: -əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətini həyata keçirmək, bu sahədə müvafiq konsepsiya və məqsədli proqramlar hazırlamaq və onların icrasını təmin etmək; -əqli mülkiyyət hüquqlarının qorunması ilə bağlı dövlət tənzimlənməsini həyata keçirimək əqli mülkiyyət sahəsində dövlət və yerli özünüidarəetmə orqanlarının və bu sahənin subyektləri olan hüquqi şəxslərin fəaliyyətinin əlaqələndirilməsi işində köməklik göstərmək; -əqli mülkiyyət hüquqları sahəsində qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək; -elm, ədəbiyyat və incəsənət sahəsində çalışan yaradıcı şəxslərin və digər hüquq sahiblərinin işgüzar fəaliyyəti üçün daha əlverişli hüquqi şəraitin və əqli mülkiyyətdən cəmiyyətin tələblərinə uyğun kütləvi istifadə yolu ilə sosial və iqtisadi fəaliyyətin yeni formalarının yaradılması və əqli mülkiyyəti əmtəəyə çevirmək məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsinə aid təkliflər hazırlamaq və lazımlı tədbirlər görmək; -əqli mülkiyyətin müasir iqtisadiyyatda artan roluna əsaslanan və əqli mülkiyyət sənayesinin inkişafına yönəldilmiş investisiya mühitini yaxşılaşdırmaq məqsədi ilə müasir elmi-texniki potensiala və beynəlxalq təcrübəyə uyğun olaraq əqli mülkiyyət sahəsinə aid olan normativ sənədləri müntəzəm təkmilləşdirmək və bu istiqamətdə müvafiq tədbirlər görmək; -rəqəmli informasiya texnologiyalarının və elektron ticarətin inkişafının tənzimlənməsi məqsədi ilə əqli mülkiyyətin bu istiqamətdən irəli gələn yeni obyektlərinə olan hüquqların qorunmasına aid mexanizmlərin yaradılmasına dair təkliflər hazırlamaq və müvafiq tədbirlər görmək; -əqli mülkiyyət hüquqlarının həyata keçirilməsini təmin etmək, əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatını aparmaq, onların fəaliyyətinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada nəzarət etmək; -əqli mülkiyyət obyektlərinin dövlət qeydiyyatını aparmaq, hüquq sahibləri və istifadəçilər haqqında milli informasiya sistemini yaratmaq və onun müntəzəm təkmilləşdirilməsi üçün müvafiq tədbirlər görmək; -tərkibində əqli mülkiyyət obyektləri olan mallar gömrük sərhədindən keçirilərkən onlara qanunvericilikdə müəyyən edilmiş qaydada və gömrük orqanlarının müraciəti əsasında gömrük nəzarətinin həyata keçirilməsinə yardım göstərmək; -öz səlahiyyətləri daxilində əqli mülkiyyətin beynəlxalq mübadiləsini və bu sahədə əməkdaşlığı təmin etmək; Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək. Kiminsə hüququ - digərinin vəzifəsi deməkdir və müəlliflik hüququ ilə verilən qorunma imkanları, o cümlədən müəllif tərəfindən hüquqlarına icazə verilməsi və istifadəyə qadağa qoyulması müəlliflik hüququ institutunun üç qolunu yaradır: -hüquqların qorunması; -hüquqların həyata keçirilməsi; -Hüquqların təminatı (pozulmuş hüquqların müdafiəsi və bərpası). Müəlliflik hüququ və əlaqəli hüquq sahiblərini tanımaqla və ədalətli qonorar formasında stimullaşdırmaqla yaradıcılığın inkişafına zəruri şərait yaradır.Bunlar qanunvericilik, normativ hüquqi baza və müvafiq prosedurlarda öz əksini tapır və hüquqların qorunması aləti kimi çıxş edir. Hüquqların həyata keçirilməsi üçün dövlət müəlliflərə yardım göstərir və şərait yaradır, hətta zəruri hallarda bu iş dövlət orqanları tərfindən həyata keçirilir.
Müəlliflik hüquqlarının təminatı xüsusi hüquq sxemi çərçivəsində tənzimlənir və hüquqların pozulması müəllif tərəfindən müəyyən addımların atılmasını tələb edir.Müəlliflik hüququ sxemi əqli mülkiyyətin ən geniş qoludur, o, milli hüquqi doktrinaya əsaslanan mülkiyyət anlayışını tamamlayır və beləliklə "maddi" mülkiyyət hüququnu tamamlayan mülkiyyət hüququdur.Müəlliflik hüququ sahəsində dövlətin rolu getdikcə artır və ənənəvi qanunverici və tənzimləyici ölkədaxili və beynəlxalq funksiyaları ilə yanaşı, yeni kordinasiya və nəzarət funksiyasına xüsusi diqqət yetirilməsinə səbəb olur.Qədim və zəngin mədəniyyət malik ölkəmiz, görkəmli alimləri, yazıçıları və bəstəkarları ilə bütün dünyada məşhurdur.Məhz bu səbəbdən gənc Azərbaycan dövləti respublika rəhbərliyinin düşünül-müş və uzaqgörən siyasəti sayəsində intellektual mülkiyyətə böyük diqqət yetirir. Müəlliflik hüququnun və bütövlükdə intellektual mülkiyyətin daim artmaqda olan əhəmiyyət dairəsi, dövlətdaxili və beynəlxalq qanunvericiliklərin fəal inkişafı və nəhayət, texniki tərəqqi problemləri dövlətin, həmin sahədə ənənəvi qanunvericilik və tənzimləyici funksiyaları həyata keçirməklə yanaşı, həm də əlaqələndirici və nəzarətedici funksiyalara xüsusi diqqət yetirməsini tələb edir. Onu da qeyd etmək lazımdır ki, müəlliflik hüququ sistemini, eləcə də mədəniyyəti birdən-birə yaratmaq olmaz, ona irsən yiyələnmək, onu qoruyub saxlamaq, yeni ənənələr və beynəlxalq təcrübə ilə zənginləşdirmək olar.Bu baxımdan Azərbaycan da əqli mülkiyyət sahəsində beynəlxalq əməkdaşlığa böyük önəm verir.Ölkəmiz əqli mülkiyyət hüquqlarının qorunması sahəsində geniş beynəlxalq əlaqələr qurub.1995-ci ildən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) üzvü olan Azərbaycanın bu sahədəki əlaqələri getdikcə artır. Azərbaycan ÜƏMT-nin inzibati idarəçiliyində olan müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində konvensiya və müqavilələrə, o cümlədən: "Ədəbi və bədii əsərlərin qorunması haqqında" Bern Konvensiyasına, "ÜƏMT-nın Fonoqram istehsalçılarının mənafelərinin onların fonoqramlarının qanunsuz təkrar istehsalından qorunması haqqında" Konvensiyasına, "İfaçıların, fonoqram istehsalçılarının və yayım təşkilatlarının verilişləri haqqında" Roma Konvensiyasına, "Ümümdünya Əqli Mülkiyyət Təşkilatının Müəlliflik hüququna dair Müqaviləsi"nə və "Ümümdünya Əqli Mülkiyyət Təşkilatının İfalar və fonoqramlara dair Müqaviləsi"nə qoşulub. Ölkəmiz həmçinin YUNESKO-nun "Müəllif hüququ haqqında Ümumdünya Konvensiyası"na qoşularaq, geniş beynəlxalq əməkdaşlığa cəlb olunub. Beləliklə, Azərbaycan müəlliflik hüququ, əlaqəli hüquqlar və digər əqli mülkiyyət hüquqları sahəsində ən vacib konvensiya və sazişlərin hamısında iştirak edir.Bundan əlavə, Azərbaycan hökuməti ilə Özbəkistan, Qazaxıstan, Ukrayna və Türkiyə hökumətləri arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında sazişlər imzalayıb.2001-ci ildə Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi və Rusiya Müəllif Cəmiyyəti arasında müəlliflərin əmlak hüquqlarının idarəçiliyi sahəsində əməkdaşlıq haqqında saziş bağlanıb.Avropa İttifaqının və ÜƏMT mütəxəssislərinin rəyinə görə, bu gün Azərbaycan MDB və Şərqi Avropa məkanında əqli mülkiyyət üzrə təkmil milli idarəetmə sisteminə və zəngin qanunvericilik bazasına malik olan ölkələrdən biridir.2010-cu ildə dünyanın əksər dövlətlərinin nümayəndələrinin iştirak etdiyi ÜƏMT-nin əqli mülkiyyət avtoritetlərinin II Qlobal Simpoziumunda MDB ölkələrindən ilk dəfə olaraq Azərbaycanın müəllif-hüquq sisteminin təcrübəsi və nailiyyətləri barədə xüsusi məruzə edilib.2012-ci ildə Bakıda İnternetin İdarəçiliyi üzrə Qlobal Beynəlxalq Forumda Şərqi Avropa ölkələrinin təmsilçisi kimi Azərbaycan nümayəndəsinin müəlliflik hüququ və İnternet mövzusunda prezentasiyanın təqdimatı olub. Bütün bu fəaliyyəti sayəsində Azərbaycan 2006-cı ildə ABŞ Hökumətinin müəllif hüquqlarını pozan ölkələr siyahısından çıxarılıb, ÜƏMT-nin Akademiyası tərkibində "Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzi" fəaliyyətə başlayıb, rəqəmli hüquqların idarə edilməsi sistemi və elektron xidmətlər yaradılıb. Bütün qeyd olunanlar Dünya İqtisadi Forumunun rəqabətqabiliyyətliliyi ilə bağlı müvafiq Hesabatlarında da öz əksini tapıb.Əqli mülkiyyətin qorunmasında Azərbaycan institutları MDB məkanında 2013-2014-cü illərin Hesabatına əsasən, şərhsiz lider mövqeyindədir.Ümumiyyətlə, son illərin hesabatlarına əsasən, Azərbaycan əqli mülkiyyət sahəsində Cənubi Qafqazda ən qabaqcıl dövlət kimi xarakterizə olunur.
“Paralel”in
Araşdırma Qrupu Yazı Azərbaycan Respublikasının Prezidenti yanında KİV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunub