Azərbaycan bu reytinqə ilk dəfə daxil oldu
Bəzi kateqoriyalara görə ölkəmiz yüksək balla qiymətləndirilib.
Müəllif Nabat Cəfərova
Cümə axşamı, 21 Yanvar, 201612:17
Mənbə: ANS PRESS
International Property Rights Index Beynəlxalq Mülkiyyət Hüquqları alyansı illik dünya reytinqi üzrə mülkiyyət hüquqlarının qorunması ilə bağlı siyahıya ilk dəfə Azərbaycanı da daxil edib.
ANS PRESS-in məlumatına görə, reytinq bir neçə göstəricilər üzrə hesablanır: hüquqi və siyasi vəziyyət, maddi mülkiyyət hüquqları, əqli mülkiyyət hüquqları, korrupsiyaya nəzarət və s. Siyahı bu il 129 ölkəni əhatə edir. Azərbaycan isə siyahıda 103-cü yeri tutur. Ötən il isə reytinqdə ümumilikdə 97 ölkənin adı yer alıb.
Əlbəttə ki, 103-cü yer o qədər də ürəkaçan olmasa da, ölkəmiz ilk dəfədir bu siyahıya daxil olunur. Bu, o deməkdir ki, biz bu sahələrdə mövcud olan nöqsanları aradan qaldırmaqla siyahıda daha da öndə ola bilərik.
Reytinqdə qonşu ölkələr bizi qabaqlayıb. Belə ki, Türkiyə siyahıda 58, Rusiya 81, Ermənistan94, Gürcüstan isə 95-ci yerdədir.
Reytinqdə ilk beşliyə aşağıdakı ölkələr daxildir.
Myanma isə 129-cu yerdə olmaqla, siyahını tamamlayır.
Reytinqin müəllifləri Azərbaycanla bağlı qeyd edirlər ki, ölkəmizi siyahıya Yaxın Şərq vəŞimali Afrika (cəmi 20 dövlət) regionunda yerləşən ölkələrdən biri kimi salıblar. Daha sonra qeyd olunur ki, Dünya Bankının məlumatlarına görə, ölkədə adambaşına düşən gəlirlər orta yaşayış səviyyəsindən yuxarıdır.
Ölkəmiz "mülkiyyətin qeydiyyatı" kateqoriyasına görə, 10 baldan mümkün xalı, təxminən 9,7 balı alıb. “Əqli mülkiyyət hüququ qorunması”na görə 4,2, “piratçılıq səviyyəsi”nə görə 1,5 bal qiymətləndirilən Azərbaycan üçün “Əqli mülkiyyət hüququ” 2,8 bal hesablanır. Bu isə Qafqaz ölkələri arasında Azərbaycanın ilk sıralarda dayanması deməkdir. Belə ki, Ermənistanda “Əqli mülkiyyət hüququ”nun 2, 7 (“Əqli mülkiyyət hüququ qorunması” 4, 1 bal, “piratçılıq səviyyəsi 1,4 bal), Gürcüstanda isə 2,2 bal (“Əqli mülkiyyət hüququ qorunması” 3,4 bal, “Əqli mülkiyyət hüququ” 1,0 bal ) kimi dəyərləndirilir.
Məlum olduğu kimi, piratçılığın səviyyəsi komponenti son 10 il ərzində Azərbaycanda 96%-dən 85% -ə qədər azalmasına baxmayaraq, hələ də yüksək qalır. Bununla əlaqədar piratçılığa, ilk növbədə, kompyuter qarşı mübarizə, aktual problem olaraq qalır.