Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Almaniyanın Hannover şəhərindəki Junge Oper Hannover‎ teatrı tərəfindən Nizami Gəncəvi və onun “Leyli və Məcnun” əsəri ilə bağlı yol verilmiş yanlışlıqlara dair Müəllif Hüquqları Agentliyinin ŞƏRHİ


Son günlər kütləvi informasiya vasitələrində Almaniyanın Hannover şəhərindəki Junge Oper Hannover ‎teatrı tərəfindən Nizami Gəncəvinin “Leyli və Məcnun” poeması əsasında hazırlanmış operanın afişalarında Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsi barədə müxtəlif yazılar gedir.

Bununla bağlı Agentliyin əvvəl verdiyi açıqlamaya əlavə olaraq bildiririk ki, məsələ ilə bağlı Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyi məlumatlandırılmış, eyni zamanda Nizami Gəncəvi haqqında Agentlik tərəfindən tarixi mənbələr əsasında hazırlanmışgeniş arayış sözügedən teatra təqdim olunmaq üçün Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinə göndərilmişdir.

Səfirlikdən Agentliyə daxil olmuş məktubda qeyd olunur ki, Səfirlik Nizami Gəncəvi və onun “Leyli və Məcnun” əsəri ilə bağlı yol verilmiş yanlışlıqların aradan qaldırılması ilə bağlı teatrın rəhbərliyinə məktub göndərmiş, eyni zamanda Agentliyin hazırladığı arayış onların diqqətinə təqdim edilmiş və sözügedən səhvlərin aradan qaldırılması xahiş edilmişdir.

Teatrın Səfirliyə cavab məktubunda onlara təqdim edilmiş məlumatlara görə təşəkkür olunmuş və müvafiq düzəlişlərin edildiyi bildirirlmişdir.

Bununla belə, əlavə araşdırma göstərmişdir ki, həqiqətən Teatrın İnternet və Facebook səhifələrində “Leyli və Məcnun” hekayəsinin fars nağılı, Nizami Gəncəvinin isə guya fars şairi olması barədə məlumatlar çıxarılmışdır. Lakn düzəlişlərdən sonra Nizami Gəncəvi “orta əsrlər şairi” kimi göstərilmiş, onun Azərbaycan şairi olması qeyd olunmamışdır. Bununla bağlı Səfirliyin narazılığı bir daha teatrın rəhbərliyinə çatdırılmışdır.

Məsələ Agentliyin diqqət mərkəzində saxlanılır.

 

 

11.05.2017