Agentlik sədri: “Ermənilər maddi və qeyri-maddi irsimizi talan edir”
20.04.2017
“Ermənistan beynəlxalq qınağa məhəl qoymayaraq işğal etdiyi Azərbaycan torpaqlarını boşaltmaq istəmir.İşğalçılar yaranmış vəziyyəti hər vasitə ilə uzatmaq istəyirlər”.
Bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib.
O bildirib ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyan və bununla bağlı qərarlar, qətnamələr qəbul edən beynəlxalq təşkilatlar Ermənistana təsir göstərmirlər: “Beynəlxalq strukturların susması nəticəsində bizim maddi və qeyri-maddi irsimizə təcavüz olunur. mənimsəniləir, talan olunur. Erməni oğurluğu davam edir.Bunun səbəbi ondan ibarətdir ki, işğalıçı dövlət öz ərazi iddialarını sübutlarla göstərmək istəyir.Bu isə Azərbaycanın və digər qonşu xalqların maddi və qeyri-maddi irsinin mənimsənilməsi nəticəsində baş verir”.