Agentlik sədri: “Erməni saxtakarları digər xalqların şərəf və ləyaqətinə toxunur”
22 Aprel, 2016 11:03
http://report.az/medeniyyet-siyaseti/agentlik-sedri-ermeniler/
“Ermənistanın mədəniyyət hüquqları modeli digər xalqların mədəni müxtəlifliyini inkar edir, digər xalqların mədəni hüquqlarını tanımır”.
“Report” xəbər verir ki, bunu Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov “Azərbaycanın multikultural siyasəti, əqli mülkiyyət və erməni saxtakarlıqları” mövzusunda Bakıda keçirilən konfransda deyib.
K.İmanov bildirib ki, erməni mədəni hüquq modeli digər xalqların intellektini, mədəniyyətini qəsb edir.
Azərbaycan xalqının multikultural, tolerant xalq olduğunu deyən K.İmanov bildirib ki, ermənilərin siyasi sütununu təşkil edən etnik təmizləmə, digər xalqların mədəniyyətinə qəsb etmə siyasəti o qədər də zərərsiz deyil: “Ermənilər digər xalqların şərəf və ləyaqətinə toxunur, onların tarixini şübhə altına qoyur. Xalqların uğurlarını inkar edir, əqli mülkiyyətini mənimsəyirlər. Odur ki, bizim nə qədər gücümüz var erməni saxtakarlıqlarını ifşa etmişik və edəcəyik”.