Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi


“Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 aprel tarixli 84 nömrəli qərarında dəyişikliklər edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

 

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 30 avqust tarixli 287 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi haqqında Əsasnamə”nin 16-cı hissəsinə əsasən, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin kollegiyasının tərkibi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 17 aprel tarixli 84 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 394) 1-ci hissəsində “5 (beş)” rəqəm və sözü “6 (altı)” rəqəm və sözü ilə, “Həsənli Xudayət İsgəndər oğlu” sözləri “Bədəlbəyli Nadirə Rasim qızı” sözləri ilə əvəz edilsin və həmin hissəyə “Mustafayeva Gülarə Binnət qızı - Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin iqtisadiyyat və maliyyə şöbəsinin müdiri” sözlərindən sonra “Nəsirov Rövşən Qubad oğlu – Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzinin direktoru” sözləri əlavə edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə

 

Bakı şəhəri, 8 sentyabr 2016-cı il

                     № 344