Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

23 aprel Ümumdünya Kitab və Müəllif Hüquqları Günüdür


 23.04.2018 

 

http://arantv.az/2018/04/23/23-aprel-umumdunya-kitab-v%C9%99-mu%C9%99llif-huquqlari-gunudur/

 

 

ARANTV.AZ xəbər verir ki, 23 aprel Ümumdünya Kitab və Müəllif Hüquqları Günüdür. Bu barədə qərar 1995-ci ildə Parisdə, YUNESKO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən dünyada, 1997-ci ildən isə Azərbaycanda isə qeyd olunur. Müəlif Hüquqları Agentliyi Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1993-cü ildə Azərbaycanın ilk ixtisaslaşmış mərkəzi icra hakimiyyəti orqanı statusunda dövlət orqanı kimi yaradılıb. 1996-cı ildə əqli mülkiyyət üzrə ilk müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında Qanun qəbul olunub. Bununla da ölkəmizin əqli mülkiyyət sistemi beynəlxalq sistemə yol açıb. Sonrakı illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə müəllif-hüquq sistemi dinamik şəkildə inkişaf edib.

Dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkəmizdə əqli mülkiyyət və müəlliflik hüquqlarının qorunması istiqamətində ardıcıl tədbirlər görüldü. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə hazırlanan, 1995-ci ildə qəbul edilən müstəqil Azərbaycanın ilk Konstitusiyasında vətəndaşların əqli mülkiyyət hüququ təsbit edildi. Bu sahədə vahid dövlət siyasətini həyata keçirən Müəllif Hüquqları Agentliyi yaradıldı. Ölkəmiz Ümumdünya Əqli Mülkiyyət Təşkilatının üzvü seçildi, bir sıra konvensiyaları ratifikasiya etdi, mühüm qanunvericilik aktları qəbul olundu.

Son illərdə dövlətimizin əqli mülkiyyət siyasəti Prezident İlham Əliyevin səyləri nəticəsində zəngin qanunvericilik və normativ-hüquqi bazaya əsaslanır. Prezident İlham Əliyevin 2005-ci il 30 avqust tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Muəllif Huquqları Agentliyinin yeni əsasnaməsi təsdiq edilib. Əsasnaməyə uyğun olaraq Muəllif Huquqları Agentliyi müəllif hüququ, əlaqəli hüquqlar, Azərbaycan folkloru numunələri və məlumat toplularının əqli mülkiyyət hüquqları sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Hazırda Agentlik 70-dək vəzifə və funksiya yerinə yetirir, ölkəmizdə əqli mülkiyyət sahəsinin daha da inkişaf etdirilməsi, kadrların peşəkarlığının artırılması istiqamətində tədbirlər həyata keçirir. Bu gün Azərbaycan MDB və Avropa məkanında əqli mülkiyyət üzrə ən zəngin milli qanunvericilik bazasına malik ölkələrdən biridir. Beynəlxalq ekspertlərin rəyinə əsasən, MDB məkanında ən inkişaf etmiş və numunəvi sistem kimi qəbul edilib.

Əqli mülkiyyətin, eləcə də qeyri-maddi mədəni irsin qorunması sahəsində mühüm işlər görülür. Azərbaycanın nüfuzunun artmasında digər sahələrdə olduğu kimi, müəllif-hüquq sahəsində də dövlət başçısının son illər düşünülmüş, müasirləşdirilmiş davamçılıq siyasəti, təfəkkürü, düşüncə tərzinin müstəqilliyi, kreativliyi və gələcəyə yönəldilməsi dayanır.

Prezident İlham Əliyevin 2012-ci il 30 dekabr tarixli Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında müəlliflik və əqli mülkiyyət hüquqlarının qorunması məsələlərinə xüsusi yer ayrılıb. …..Bu və digər tədbirlərin nəticəsidir ki, artıq ölkəmizin əqli mülkiyyət sahəsi beynəlxalq təşkilatlarda rəhbər komitələrdə təmsil olunur. MHA-nin nümayəndəsi 120-dən artıq ölkəni birləşdirən Ümumdünya Əqli Mülkiyyət Təşkilatının “Müəlliflik hüququna dair” Beynəlxalq Müqaviləsinin MDB məkanından ilk sədr müavini seçilib…

Müəllif Hüquqları Agentliyinin xalqımızın ənənəvi mədəni nümunələrinin, ənənəvi biliklərinin sistemli şəkildə öyrənilməsi, hüquqi qorunması, erməni plagiatçılığının ifşa edilməsi istiqamətində gördüyü işlər danılmazdır. Bir neçə faktı xatırlatmaq yerinə düşər. Agentlik Ermənistanın Azərbaycana məxsus Qarabağ atları ilə bağlı uydurmalarına, təndirin ermənilər tərəfindən özününküləşdirməsinə qarşı tarixi faktlara, elmi və etimoloji əsaslara, mənbələrə istinadən arayış və şərhlər hazırlayıb, xaçkar erməni iddialarının əsassızlığını sübut edib. Agentliyin təşkilatçılığı, dəstəyi və iştirakı ilə müxtəlif milli və beynəlxalq konfranslar keçirilib. Həmin tədbirlərdə ermənilərin ərazilərimizə, maddi və qeyri-maddi mədəniyyət nümunələrimizə iddialarını ifşa edən məruzələr təqdim olunub.  Qeyd edək ki, dövlət başçısının 20 aprel 2018-ci il tarixli Sərəncamı ilə Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi yaradılıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli Sərəncamı ilə Müəllif Hüquqları Agentliyinin və Patent və Əmtəə Nişanları Mərkəzinin birləşmə formasında yenidən təşkili yolu ilə Əqli Mülkiyyət Agentliyi yaradılıb.