Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi


Tomsonit tipli seolitin alınma üsulu. İlk dəfə olaraq Ca-tomsonit tipli seolitin alınmasında  Nehrəm yatağı dolomitdən (D) və Naxçıvan Muxtar Respublikasında zəngin ehtiyatı olan gil mineralı – qalluazitdən (Q) istifadə olunmuşdur. Əvvəlcə ilkin komponentlər Q:D = 1:1 nisbətində götürülərək qarışdırılır, sonra termal məhlul – NH4OH 1,5 N qatılıqda qarışdırılaraq avtoklava keçirdilir. Qarışığı 1800C temperaturda mufel sobasında 48 saat saxlayaraq Ca-tomsonit alırlar. İxtirada qoyulan məsələ üsulun sadələşdirilməsi, yerli xammaldan səmərəli istifadə edilməsindən ibarətdir. Yerli xammaldan istifadə etmək bir tərəfdən xarici xammaldan asılılığı azaldar, digər tərəfdən isə bölgənin sənaye inkişafına təkan verə bilər. Bununla Naxçıvan Muxtar Respublikasının təbii ehtiyatlarının səmərəli istifadəsinə nail olmaq olar.

           

Əlaqələndirici şəxs: Vüsal Süleymanov (+99450 473 44 51);

 

Ünvan: AZ 1143, Bakı şəh., Yasamal rayonu, Hüseyn Cavid pr.,129;

 

Tel.: (+99412) 5392803;

 

office@ameaytp.az