Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Ana səhifə / Startup - Biznes nümayəndələrinin diqqətinə! / Azərbaycan Dövlət İqtisad Universiteti

Son illər Universitetdə bir sıra maraqlı startap-layihələr yaradılmışdır. Hal-hazırda yaşıl biznes istiqamətində  fəaliyyət göstərən “GreenBiz”, “Misker.az”, “Stevia”, “Yosun” layihələri maraq doğurur.

“GreenBiz” Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Biznes Mərkəzi tərəfindən yaradılmışdır. Fəaliyyət istiqaməti yaşıl texnologiyalardır.

“GreenBiz” startapının təqdim etdiyi mövzu: “Meyvə və tərəvəz məhsulların mövsumi itkilərdən qorunması və onlardan sağlam qida inqredientlərin istehsalı üçün innovativ yaşıl texnologiyaların tətbiqi”.

Qeyd etmək lazımdır ki, dünyada meyvə-tərəvəzlərin mövsumi itkiləri 30-50% təşkil edir. Bu isə kənd təsərrüfatı istehsalının məhsuldarlığını və kənd əhalisinin gəlirlərini xeyli azaldır.  Qədimdən istifadə edilən meyvə və tərəvəzlərin gündə  açıq şəraitdə qurudulması gigiyenik, qurudulma vaxtı və keyfiyyət baxımından tələb olunan standartlara cavab vermir. Eyni vaxtda bu primitiv texnologiya çoxlu iş qüvvəsi tələb edir və qurudulma procesi 10-14 gün çəkir.

“Greenbiz” startapı ölkəmizdə ilk dəfə olaraq meyvə və tərəvəzlərin qurudulması üçün günəş enerjisi ilə işləyən innovativ qurğuların və mikrozavodların texnologiyaları ilə məşğul olur və onların istehsalı və təqbiqi ilə bağlı biznes layihələri hazırlayır.

“Greenbiz” startapı tərəfindən hazırlanmış innovativ texnologiya əsasında orqanik meyvə və tərəvəzlərin (əsasən tomatların) qurudulması ancaq 30 saat   çəkir və proses günəş enerjisi ilə işləyən innovativ qurğu vasitəsilə həyata keçirilir.

Nəzərə almaq lazımdır ki, elektrik enerjisi ilə işləyən avadanlıqdan fərqli olaraq fərdi fermerdən tutmuş kiçik, orta və iri aqrosənaye müəssisələrinə qədər daha az xərc tələb edən meyvə-tərəvəzlərin qurudulması texnologiyasına böyük ehtiyac var. Buna görə “Greenbiz” startapı innovativ texnologiyanın komersiyalizasiyası məqsədilə müxtəlif müştərilər üçün müxtəlif məhsuldarlığı olan və hər bir iqlim şəraitinə uyğun gələn qurğuların və mikrozavodların istehsalı üçün texnoloji layihələr hazırlayıb. Startap tərəfindən günəş energisi ilə işləyən meyvə-tərəvəzlərin qurudulması üzrə mikrozavodun layihəsi və İlk innovativ protototip qurğu əsasında qurudulmuş tomatların və meyvələrin nümunələr nümayiş etdirilə bilər.

“GreenBiz” startap layihəsini kommersiya məhsullarına çevirilməsii üçün biznes planı və ilk prototiplər hazırlanılıb. Bu layihə böyük perspektivə malikdir və biznes qurumları tərəfindən bu layihənin dəstəklənməsi qarşılıqlı fayda gətirə bilər.

 

Əlaqələndirici şəxs: Asəf Əsədov (+99450) 214 51 10; asafasadov@gmail.com

 

Ünvan: Bakı, AZ 1001, İstiqlaliyyət küç., 6;

 

Tel.: (+99412)492-60-43;

 

rector@unec.ed