Ana səhifə / Startup - Biznes nümayəndələrinin diqqətinə! / Milli Aviasiya Akademiyası
Akademiyanın təqdim etdiyi “Kənd təsərrüfatı bitkilərinin toxumlarının səpinqabağı ozonlaşdırılması üsulu” adlı startap layihəsi xüsusi maraq doğurur.
Kənd təsərrüfatı məhsullarının istehsalında innovasiya xarakterli intensiv üsul- ozonlaşdırmadan inkişaf etmiş ölkələrdə (ABŞ, Çin, Rusiya, Ukrayna, Belorusiya və s.) geniş istifadə olunur. Respublikamızda ilk dəfə olaraq orijinal, milli və beynəlxalq patentlərlə təsdiqlənən və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının bülletenlərində qeyd olunan perspektiv ozonlaşdırma texnologiyasından kənd təsərrüfatı istehsalında istifadə üzrə 2009-cu ildən AMEA-nın Genetik Ehtiyatlar İnstitutu ilə birgə aparılan sınaqlar müsbət nəticələr vermişdir. Bununla əlaqədar müxtəlif bölgələrdə, o cümlədən Oğuz, Tərtər, Gəncə, Şəki, Beylaqan, Kürdəmir, Salyan, Qobustan, Abşeron, Lənkəranda və s. hər il orta hesabla buğda 10%-dən çox, qarğıdalı bir ildə iki məhsul götürməklə dən 30%, biokütlə 50%, tütün 20% (nikotin 29%-ə yüksəlmişdir), arpa 15%, pambıq 14% (yığım sentyabrda yekunlaşmış və 80% birinci sort kimi qəbul edilmişdir), şəkər çuğunduru üzrə isə 14% (şəkərlilik 6% yüksəlmişdir) məhsul artımına nail olunmuşdur. Çayçılıqda fermentasiya müddəti 3 dəfəyə qədər qısalmış ekstraktiv maddələr 20% artmışdır.
Dünyada ilk dəfə olaraq, ölkəmizin milli genbankında bitki genetik ehtiyatlarının toxum nümunələrinin saxlanılması məqsədilə işlənmiş bu ozonlaşdırma texnologiyası zəhərli (kimyəvi fumiqant) vasitələrin yaratdığı fəsadların aradan qaldırılması, toxumların sükunət halında uzunmüddətli qalması, qocalmanın fəsadlarının və xromosom aberrasiyalarının azalması, irsi tamlığın, insan sağlamlığının və ətraf mühitin qorunmasını təmin etmişdir.
Bu baxımdan bitki növündən asılı olaraq dənlərin xüsusiyyətləri nəzərə alınmaqla, mühitə, o cümlədən temperatur, rütubət, qaz tərkibi və bakteoroloji çirklənməyə real vaxt rejimində dürüst nəzarət etməklə anbarlarda ekoloji təmiz, itkisiz, uzunmüddətli saxlanmanı və həmçinin məhsuldarlığın və keyfiyyətin yüksəldilməsi məqsədilə toxumların səpinə hazırlanmasında morfoloji göstərici əsasında optimal dozanı müəyyələşdirən və rejimi təmin edən “Avtomatik idarəolunan nəzarət sistemi”nin işlənməsi, seçilmiş obyektlərdə yoxlanması, istehsalı və genişmiqyaslı tətbiqi layhəsi ölkəmizdə yerli istehsal hesabına ərzaq təhlükəsizliyinin təmin olunmasına əhəmiyyətli fayda verə bilər.
2017-ci ildə Patent alınıb.
Əlaqələndirici şəxs: Nizamov Telman (994 50 356 24 46)
Ünvan: Bakı şəh., Mərdəkan pr., 30; (+994 12) 497 26 28;
mail@naa.edu.az