Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi

Ana səhifə / Startup - Biznes nümayəndələrinin diqqətinə! / Bakı Mühəndislik Universiteti

Hazırda Universitetinin Texnoparkında bir sıra yeni yaradılmış startlaplara inkubasiya xidmətləri göstərilir. Startapların əksəriyyəti hazırladıqları mal və ya xidmətləri sata bilirlər. Bununla belə, startapların investor axtaışları davam edir. Bu startapların fəaliyyət sahələrinin perspektivləri böyükdür və biznes qurumları və sahibkarlar tərəfindən buraya investisiya qoyulması böyük qarşılıqlı fayda gətirə bilər.

Ali təhsil müəssisəsində yaradılan uğurlu startap layihələririndən birini   təqdim edirik:

 

HypoLife MMC-nin hazırlamış olduğu məhsular paltarların ağardılmasında və ləkələrin çıxarılmasında olduqca effektiv təsirə malikdir. 1%-ə yaxın natrium hipoxlarit və  digər üzvi xlorlu birləşmələrin sinxton təsiri nəticəsində ağ camaşırlarda ideal ləkəçıxarıcı və parladıcı vasitə kimi istifadə edilə bilər. Rəngli paltarlarda da orjinal rəngi ağartmadan ləkə çıxarmaq qabiliyyətinə malikdir. HYPOLIFE MMC-nin məhsulları üçun Azərbycan Respublikası milli sertifikatlaşdırma sistemindən palatarları ağardıcı vasitə kimi müvafiq uyğunluq sertifikatı alınmışdır. Məhsul elektrokatalitik metodla duzlu sudan əldə edilir. Bazarda mövcud olan ağardıcı məhsullarla rəqabət apara biləcək səviyyədədir. Tam yerli istehsal olmaqla ağardıcı və dezinfeksiya edici vasitədir.

 

HypoLife Patent almaq üçün yerli və xarici patent müəssisələrinə müraciət edib.

 

Əlaqələndirici şəxs: Yusif Abdullayev (+99450)  6927994; yabdullayev@beu.edu.az;

            

Ünvan: Xırdalan şəh., Həsən Əliyev küç., 120, AZ 0101;

 

Tel.: (+99412) 349-99- 67