Ana səhifə / Startup - Biznes nümayəndələrinin diqqətinə! / Bakı Dövlət Universiteti
Bakı Dövlət Universitetində bir sıra uğurlu startap layihələriri mövcuddur.
Tərkibində radioaktiv ionlar saxlayan lay sularından uran və toriumun effektiv ayrılma metodu.
Qeyd etmək lazımdır ki, neft hasilatı zamanı yaranan lay sularının tərkibində digər metal ionları ilə yanaşı uran, torium, radium və s. kimi radioaktiv elementlərin də ionları mövcuddur. Bu elementlərin lay suyu axan kanal və süni göllərin dibinə çökməsi nəticəsində akkumulyasiyası asanlıqla baş verir. Nəticədə ərazinin təbii radiasiya fonu yüksələrək burada çalışan personal üçün risk yaradır. Beləliklə, lay suyunun neftdən ayrıldıqdan sonra radioaktiv elementlərdən təmizlənməsi aktual məsələlərdəndir. Uranın təbii obyektlərdən çıxarılması vacibdir. Bu məqsədlə çoxlu sayda üzvi və qeyri-üzvi təbii sorbentlərdən geniş istifadə olunur. Buna baxmayaraq optimal sorbentin seçimi tədqiqatçıların diqqət mərkəzində qalmaqdadır. Beləliklə, yeni sorbentlərin sintezi, onların quruluşunun, xassələrinin və tədbiq sahələrinin tədqiqi aktual problem hesab olunur. Sintez olunmuş sorbentlər radioaktiv metalların qatılaşdırılması və ayrılması üçün istifadə edilə bilər.
Gözlənilən nəticə: Uran (VI) və toriumun (IV) lay sularından effektiv ayrılma metodunun işlənib hazırlanması.
Wand – kağız üzərində etdiyiniz hər cızma – qaranı həm yazıldığı şəkildə, həm də elektron çap formatında bluetooth vasitəsilə telefonunuza göndərən ağıllı qələmdir. Qələmin əsas funksiyası onun müvəqqəti mürəkkəbdən istifadə etməsidir. Yəni, siz kağız üzərində qeyd apardıqdan 30 dəq. sonra həmin mürəkkəb, yəni yazı kağız üzərindən buxarlanır. Lakin, bu müddət ərzində sizin məlumatlarınız artıq ertibarlı bir şəkildə telefonun yaddaşında saxlanmış olur. Bu, sizə eyni kağızı sonralar dəfələrlə yenidən istifadə etməyə imkan verir.Qələm ilk baxışdan kiçik, lazımsız bir əşya kimi görünə bilər. Lakin, yalnız ABŞ-da 7 milyard ağacın hər il kağız istehsalı üçün kəsildiyini nəzərə alsaq, bizim qələmin ekologiya, təbiətin mühafizəsi və iqlim dəyişikliyi üzərində hansı müsbət və nəhəng təsirlərə malik olmasını təsəvvür etmək elə də çətin deyil.
Jinnie – simsiz yaddaş qurğusudur. Unikal göstəriciləri ondan ibarətdi ki, HTTP protokolu üzərindən işlədiyi üçün istənilən veb səyyah ilə (GoogleChrome Opera, Internet Explorer və s.) əl çatandı və viruslardan tamamilə azaddır. Hətta daxili səyyahı olan Smart TV və müasir tələbləri ödəməyən köhnəlmiş telefonlardan belə bu yaddaş quğusundakı faylları idarə etmək olur. Kiçik ölçülərin nəzərə alaraq, onu həmçinin aksessuar kimi gəzdirmək olar. Qurğu daxili WiFi-dan istifadə etdiyi üçün özü lokal şəbəkə qura və ya mövcud şəbəkəyə qoşula bilir. İstifadəsi üçün isə internet lazım deyil. Fayllarla əməliyyatlar bir çox insanların gündəlik işinin bir hissəsi olduğu üçün layihənin çox geniş maraq əldə etmək imkanı var. Viruslardan azad olması bu marağa əlavə olan katalizatordur. Əlavə olaraq, bu qurğu ofisdə məsafədən asılı olmayaraq, işçilər arasında faylları ötürmək üçün ortaq yaddaş qurğusu kimi istifadə oluna bilər. Beləliklə, bir sıra problemləri bir kiçik qurğu həll edə bildiyi üçün çox geniş kütlənin marağına səbəb olacaq. Qurğunun ətrafındakı marağı və praktikliyi artırmaq üçün adına uyğun olaraq qoşulma tərzinin rellaşdırılması və iki variantının hazırlanması planda tutulur:
1) Tamamilə giriş və çıxışlardan azad, daxili yaddaşa malik olan qurğu. Bu qurğu enerjini simsiz xüsusi səth üzərindən bərpa edə biləcək. 2) Bir ədəd USB 3.0, bir ədəd micro SD, bir ədəd micro USB və daxili yaddaşa malik olan qurğu. Beləliklə istənilən USB yaddaş qurğusunu simsiz bölüşə bilərsiniz.
Variance -istifadəçinin öz fikrinin kompyuterə ötürülməsi və ya öz təsəvvürlərini kompyuterdə daha adekvat surətdə təsvir etməsi üçün qeyri səlis interfeysdir.
Avtomatlaşmış Kitabxana-informasiya idarəetmə sistemi ərazi cəhətdən paylanmış kitabxanalarda texnoloji əməliyyatların tam kompüterləşdirilməsini təmin edir, korporativ formada milli kitabxana kontentinin yaradılması və oxuculara on-line rəqəmsal biblioqrafik-sorğu və tammətnli informasiya xidmətinin təşkili, elm, təhsil və mədəniyyət üzrə vahid informasiya portalının yaradılması məqsədini daşıyır. Sistem avtoritet fayllardan istifadə, uzaq məsafədən müxtəlif təyinatlı statistik uçotun aparılması, özünə xidmət, fondun mühafizəsi həllərinin tətbiq edilməsi, on-line ədəbiyyat sifarişi və dövrü nəşrlərə abunə, materialların koorporativ kataloqlaşdırılması, kitab verilişi və qaytarılması prosesinin uçotu və s. imkanlara malikdir. Ən son texnologiyalar: RFİD, Cloud əsasında qurulan Avtomatlaşmış Kitabxana-İnformasiya İdarəetmə Sistemi kitabxanalarda yorucu texnoloji əməliyyatların təkrar yerinə yetirilməsinin qarşısının alınması, əmək sərfinin minimuma endirilməsini, əmək resurslarından, maliyyə vəsaitlərindən səmərəli istifadəni, geniş kitabxana ərazilərindən imtina edilməsini, ədəbiyyat fondunun qorunması üçün ənənəvi xərclərdən azad olunmanı təmin edir.
Əlaqələndirici şəxslər: BDU Elmi-Tədqiqat hissəsinin rəisi prof. İ.M.Əfəndiyeva (+99412 510 59 77);
Tətbiqi riyaziyyat fakültəsinin müəllimi Fuad Qurbanov (+99450 216 86 43);
Ünvan: Akademik Zahid Xəlilov küçəsi 23;
Tel.: (+99412) 539 05 35;